İşğaldan azad edilən ərazilərdə turizm necə təşkil ediləcək? - AÇIQLAMA
İşğaldan azad edilən ərazilərdə turizm necə təşkil ediləcək? - AÇIQLAMA
"İşğaldan azad edilən ərazilərdə turizmin paytaxtı Şuşa şəhəri olacaq. Şuşa ilə bağlı detallı planlarımız var".
Bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə işğaldan azad edilmiş ərazilərdə turizmin təşkili haqqında danışarkən deyib.
O bildirib ki, bu ərazilərdə yaradılacaq klasterlərlə bağlı planlar mövcuddur və işğaldan azad edilmiş ərazilərimizin potensial auditoriyasını özümüz təşkil edəcəyik:
"Bu ərazilərin 10 milyonluq daxili turizm potensialı var. Bundan başqa xaricdə yaşayan Azərbaycanın diaspor nümayəndələrinin də bölgəyə böyük marağı var, hansı ki, bu milyonlarla insan deməkdir. Onlar bizim mədəni paytaxtımız, simvolik Məkkəmizə çevrilmiş Şuşanı görmək istəyəcəklər. Eləcə də, xarici turistlərlə bağlı əlavə kommunikasiya imkanları yaranır. İran turistləri üçün Xudafərin istiqamətindən, Türkiyədən gələn turistlər üçün Naxçıvan üzərindən yeni kommunikasiya vasitələri yaranır".
K.Quluzadə əlavə edib ki, Cəbrayıl, Füzuli və Ağdam istiqamətində spesifik "qara turizm" təşkil ediləcək:
"Bu, dağıdılmış yerlərin çılpaq göstərilməsi məqsədi daşıyır. Yəni, oradakı məhəllələr və s. dağılmış ərazilər olduğu kimi qalacaq və turistlərə nümayiş etdiriləcək".
Sektor müdiri qeyd edib ki, Dövlət Turizm Agentliyi pandemiya dövründə qlobal turizmdə 70 faizədək geriləmə, o cümlədən, Azərbaycan turizmində də durğunluq yaranmışdı, lakin, vaksinasiya prosesinin həm dünyada, həm də Azərbaycanda nəticə verəcəyi gözlənilir. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var