İşğaldan azad edilmiş torpaqlarda "Ağıllı kənd" layihəsi: Xəyal idi, gerçək oldu

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı qələbə qazandı. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü edən Silahlı Qüvvələrimiz düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bundan sonra təbii ki, azad edilmiş torpaqlara qayıdış prosesi baş tutur.
Bu proses ilk olaraq azad edilmiş torpalarımızdan minaların təmizlənilməsi ilə başladı. Azərbaycan Respublikasının təşəbbüsü ilə bəzi mina xəritələrini düşmən tərəfi əldə edilmiş razılıq əsasında təqdim etdi. 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bundan başqa aparılmış danışıqlar nəticəsində həmin ili dekabrın 4-də Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etdi.
Daha sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salmağa başladı. Görülən işlərə "Zəfər Yolu" kimi dəyərləndirilən Füzuli-Şuşa yolu çəkilməsi, Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı açılması kimi irimiqyaslı layihələr də daxil oldu. Eyni zamanda elektrik enerjisi ilə bağlı layihələr icra edildi və hazırda işlər davam etdirilir. İçməli su xətlərinin çəkilməsi, kənd təsərrüfatı işləri, bir milyon insanın doğma yurd-yuvasına qaytarılması və digər irihəcmli işlər "Böyük qayıdış" çərçivəsində reallaşdırılmağa davam edir. Lahiyələr içərisində Azərbaycanda ilk olan "Ağıllı kənd" layihəsi də yer alır. Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılan ilk "Ağıllı kənd"in inşası artıq başa çatıb. Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib. O, Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görüldüyünü qeyd edib.
"Zəngilandakı "Ağıllı kənd" işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın ilk məntəqəsi olacaq. Hazırda nazirlik kəndə köçürüləcək ilk vətəndaşların yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifat aparır. Xüsusilə də qadın icmaların doğma yurdlarına qayıdışdan sonra iş imkanları müəyyənləşdirilir. 30 illik fasilədən sonra öz yurdlarına qayıdacaq soydaşlarımızın kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olmaq üçün imkanları "Ağıllı kənd" in layihəsində ilk gündən nəzərə alınıb", - deyə İ.Qədimova əlavə edib.
Zəngilandan sonra Füzuli rayonunda da "Ağıllı kənd" layihəsi baş tutacaq. Azərbaycanda ikinci "Ağıllı kənd" Füzuli rayonu Dövlətyarlı kəndində salınacaq. Qeyd edək ki, kəndin təməli ötən il oktyabrın 17-də Prezident cənab İlham Əliyev tərəfindən qoyulmuşdur.
İşğaldan azad edilmiş torpaqlarda Deputat, iqtisadçı alim Vüqar Bayramov Füzulidə reallaşacaq "Ağıllı kənd" layihəsi haqqında bir sıra suallara aydınlıq gətirib.
Deputat Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq "Ağıllı kənd"də neçə ailə məskunlaşacağı və hansı üstünlüklərinin olacağından danışıb:
"Dövlətyarlı kəndində üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Kənddə məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar inşa ediləcək.
Kəndin yerləşmə coğrafiyası və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə sektor üzrə müəssisələrin yaradılması nəzərdə tutulub. Belə ki, kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.
Eyni zamanda Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsullarının ixrac ediləcəyi gözlənilir. Kənddə quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq.
Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Bütün bunlar ilə yanaşı, kəndin ətrafında isə "Ağıllı kənd" təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərinin kənd təsərrüfatı ilə məşğul olması üçün də imkan yaradılacaq.
Enerji təminatı isə yaşıl və alternativ mənbələr hesabına ödəniləcək. Kənddə xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Burada 20 daimi iş yeri yaradılacaq".
Deputat kəndin salınmasına nə zaman başlanılacağını da bildirib:
"Artıq hazırlıq işləri aparılır. Kəndin layihəsi təsdiq olunub. Qısa zamanda inşaat işləri intensivləşəcək".
Hazırda da davam edən yenidənqurma işlərinə bir sıra ölkələr də qoşulub. Bu dövlətlər içərisində İtaliya və Türkiyə böyük təşəbbüs göstərib. Prezident İlham Əliyev də "La Repubblica" qəzetinə müsahibəsində azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyətindən danışarkən bildirib ki, İtaliya yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyə, ikincisi isə İtaliyadır.
Bunun təsadüfi olmadığını qeyd edən Prezident deyib: "Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb".
Ali Baş Komandanın qətiyyətli mövqeyi, ordumuzun gücü, əsgərlərimizin canı və qanı bahasına azad edilən torpaqlarımıza 30 ildən sonra artıq Azərbaycan vətəndaşları da yenidən ayaq basa bilirlər. Bu proses Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri və Ağdamdan başlayıb. Belə ki, adı çəkilən şəhərlərə müntəzəm olaraq avtobuslarla vətəndaşların səfəri baş tutacaq. Artıq Şuşa və Ağdama səfər üçün biletlər satışa çıxarılıb. Qarabağa getmək istəyən vətəndaşlarımız "yolumuzqarabaga.az" saytından biletləri əldə edə bilirlər. Yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunmasına başlanılıb və artıq vətəndaşların azad edilmiş ərazilərə gedişi baş tutub.
Bütün bu proseslər onu göstərir ki, Azərbaycan xalqı 30 ildən sonra öz tarixi torpaqlarına qayıdır. Bu torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan vətəndaşlarından kiçikdən-böyüyə hər kəsin qətiyyətli inamı bir an olsun itmədi və bu inam, bu qətiyyət "Böyük Qayıdış"ı reallaşdırdı.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"; mövzusu üzrə dərc edilib.
İşğaldan azad edilmiş torpaqlarda

Sosial     Baxılıb: 477   Tarix: 26 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

"YouTube"dan yenilik

"Google" "YouTube" platformasında video məzmunu axtaran və təhlil edən çat "Ask YouTube" adlı eksperimental funksiyanı istifadəyə verib.  "Engadget"ə istinadən xəbər verir ki, yen

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi qaydalarında dəyişiklik edilib.  Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye v

Məhsulların rayonlardan ucuz alınıb, Bakıda baha satılmasına səbəb nədir?

Rayonlarda kəndli və fermerlərin məhsullarını ucuz qiymətə satmasına baxmayaraq, paytaxt Bakıda eyni məhsulların daha yüksək qiymətə təklif olunması bazarda qiymət fərqinin yaranmasına səbəb olur. Bu fərq əsasən daşınma xərcləri

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş aprelin 27-də Qəbələdə mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev çıxışı zamanı cənab Baş nazirlə birlikd

Həkimlər xəbərdarlıq edir - Səhər bu vərdiş təhlükəlidir

Mütəxəssislər səhər saatlarında edilən bəzi səhvlərin sağlamlığa zərər verdiyini açıqlayıb.  xəbər verir ki, acqarına şəkərli qidaların qəbulu orqanizm üçün risklidir. Bu hal qan şəkərinin kəskin artmasına səbəb olur. Nəticəd

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

Rusiyanın Kurqan şəhərində Azərbaycan mətbəxi təqdim edən restoran-otel kompleksi satışa çıxarılıb. Müəssisəsinin azərbaycanlı sahibi hazır biznesi 265 milyon rubl dəyərində qiymətləndirib. Elana görə, kompleksə 30 otel otağ

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti aprelin 28-i gün ərzində də davam edəcək. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunu

İşləyən vətəndaşların pensiyaları nə qədər artırılacaq? - Deputat AÇIQLADI

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhat


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər.com maraqlı xəbərlər xeber saytlari