İşğaldan azad olunmuş torpaqlara getmək istəyənlər mina təhlükəsini unutmamalıdır

Dünya tarixi bir çox müharibələrlə yadda qalıb. Müharibələr də müxtəlif yollarla aparılır. Bunlardan ən təhlükəlisi də "mina müharibəsi"dir. Bütün müharibələrdən sonra qələbə qazanmış dövlət azad edilmiş ərazilərə öz vətəndaşlarını yerləşdirilməsini təmin etməzdən əvvəl ilk növbədə ərazidə mina təmizləmə işləri aparır.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı qələbə qazandı. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü edən Silahlı Qüvvələrimiz düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bundan sonra təbii ki, azad edilmiş torpaqlara qayıdış prosesi baş tutur. Amma bu prosesi qısa müddətdə həyata keçirmək o qədər də asan deyil. Çünki düşmən tərəf həmin torpaqlara minalar basdırıb.
Azad edilən torpalarda bəzi mina xəritələrini düşmən tərəfi Azərbaycan əldə edilmiş razılıq əsasında təqdim edib. 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bundan başqa aparılmış danışıqlar nəticəsində son dəfə dekabrın 4-ü Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.
Amma nəzərə almaq lazımdır ki, azad edilmiş torpaqlarda hələ də tank və ya piyada əleyhinə minalar xeyli sayda qalmaqdadır. Gözlə görünməyən bu düşmən oraya ayaq basan hər bir vətəndaş üçün həyatı təhlükə yaradır. Bu səbəbdəndir ki, 44 günlük müharibədən sonra icazəsiz olaraq daxil olan xeyli sayda vətəndaş həyatını itirib və ya ciddi bədən xəsarətləri alıb. Sözü gedən ərazilərə vətəndaşların icazəsi daxil olmasının qadağan edilməsi onların təhlükəsizliyi üçün nəzərdə tutulub. Bu cür məsələlərdə vətəndaşlar da dövlətə yardımçı olmalı, qanunsuz hərəkətlərlə işəri çətinləşdirməməlir. Bu, eyni zamanda vətəndaşın sağlamlığı üçün də vacibdir. Aydındır ki, Azərbaycan xalqı öz torpaqlarına ayaq basmaq üçün 30 ildir ki, həsrətlə gözləyir. Ancaq insanlar özlərini təhlükəyə atmayıb dövlətin qoyduğu qaydalara əməl etməklə bir qədər də səbr etməlidirlər ki, bütün bu proseslər başa çatdıqdan sonra qısa zaman çərçivəsində öz torpaqlarına rahat qayıda bilsinlər.
İşğaldan azad olunmuş torpaqlara getmək istəyənlər mina təhlükəsini unutmamalıdırMinalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (İB) sədri Hafiz Səfixanov Azxeber.com-a açıqlamasında minalanmış ərazilərdə olan təhlükədən danışıb:
"Vətəndaşlar qanunsuz olaraq işğaldan azad olunan ərazilərə daxil olmamalıdırlar. Biz ANAMA yanında ictimai şuraya üzv olan 5 təşkilat olaraq dekabrın 3-ü və 4-ü Ağdamda, Suqovuşanda, Talışda olduq, minatəmizləmə prosesi ilə tanış olduq. Eləcə də mina təmizləyənlərlə görüşdük. Ərazidə həqiqətən də, minaların sayı həddən artıq çoxdur. Hətta elə yerlər var ki, məsələn, Talış-Tapqaraqoyunlu yolunun solunda minalar açıq-aşkar da görünür. Onlar iki xətt boyunca səpələnmiş tank əleyhinə, plastik gövdəli minalardır. Biz vətəndaşın səbrsizliyini başa düşürük, hamı öz torpaqlarına getmək istəyir, amma nəzərə almaq lazımdır ki, təhlükənin miqyası həddən artıq böyükdür. Təsəvvür edin ki, Ağdamda minatəmizləyənlər bildirdilər ki, 140 metr uzunluqda, iki metr yarım düz zolaqda 450-ə qədər piyada əleyhinə mina tapılıb və zərərsizləşdirilib. Vətəndaşlar bütün bunları nəzərə alaraq səbr və təmkin nümayiş etdirməlidirlər".
Azərbaycan Minatəmizləmə Agentliyindən bildirilib ki, statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib. Qeyd edilib ki, ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.
Mina təmizləmə işlərinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə digər ölkələrin Minatəmizləmə Agentlikləri də cəlb olunub. Agentlik vətəndaşlara müraciət edərək xüsusi icazəsi olmayan şəxslərin əraziyə keçməməsini bildirib. Bu, həm vətəndaşların təhlükəsizliyi üçün, həm də mina təmizləmə işlərinə mane olmamaq üçün vacibdir.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə ""İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış";" mövzusu üzrə dərc edilib. 
İşğaldan azad olunmuş torpaqlara getmək istəyənlər mina təhlükəsini unutmamalıdır

Sosial       Tarix: 06 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Bu şəxslər 40 minədək cərimələnəcək

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur. -a istinadla xəbər verir ki

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni

Dollar güclənir: Azərbaycan manatının devalvasiya riski var?

Son aylarda ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi bir sıra ölkələrin milli valyutalarına təzyiqi artırıb. Bu proses fonunda Azərbaycanda da manatın gələcək taleyi və mümkün devalvasiya ehtimalı ilə bağlı müzakirələ

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

AMB rəsmi valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,9362 manat

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler az maraqlı xəbərlər kriminal xeber xeberlər