"İşıq pulu" yalanı siyasət deyil

"İşıq pulu" yalanı siyasət deyilAzərbaycanda neobolşevizm var. Özü də Plexanov, Ulyanov və Krijanovskinin yaratdıqları siyasi təşkilatı belə, qəddarlıq, yalan və asburdda geridə qoyan bir düşüncə tərzi. Ulyanov "Hakimiyyətə gəlmək üçün xalqın əksər hissəsini də qırğına vermək olar" deyirdisə, bizim yerli neobolşeviklər hakimiyyət arzularına yetmək üçün hər kəsi və hər şeyi qurban verməyə hazırdılar.
Məntiqi, vicdanı, ədalət hissini və ağlı da o cümlədən.
Aleksandr Parvus kimi tarixə düşmüş İzrail Lazareviç Gelfand Rusiya imperiyasını dağılıb məhv olması üçün Almaniyanın göstərişlərini yerinə yetirərək bolşeviklərə stavka etmişdi. Məhz xaricdən gizli yollarla on milyonlarla qızıl markanın hesabına aqressiv və lümpen bolşeviklər istəklərinə çatmışdılar.
Ümumiyyətlə, Azərbaycanın çağdaş siyasi düşüncəsində, xüsusilə neoliberalların açıqlamalarında yanlışlar çoxdur, çox. Onların arasında bir məqam xüsusi yer tutur: Qərb, daha konkret olsam, anqlosakson dövlətlərdə hakimiyyət əsla iqtisadi proseslərə kəskin müdaxilə etmir, "laissez faire" prinsipi ilə davranır.
Gerçəkdən bu qədər uzaq iddiaları təsəvvür etmək belə, çətindir.
Belə ki, 1688-ci ildəki "şanlı inqilab" Britaniyada iqtisadiyyatın ifrat sərt, ən xırdaçı nizamlanmasının başlanğıcı olmuşdu.
1688-1800-ci illərdə iqtisadiyyatı tənzimləyən 7 mindən artıq (!) qanun qəbul olunmuşdu. 3 min qanun isə parlamentdə səsvermədən keçməmişdi. Bu qanunlar həmin dövrdə parlamentdə qəbul olunmuş bütün qanunların yarıdan çoxudur.
Müqayisə üçün deyim ki, dövlət idarəetməsi, din və müdafiə sahələrində həmin dövrlərdə qəbul edilən qanunlar bütün qəbul edilmiş qanunverici aktların sadəcə, 11 faizini təşkil edirdi.
Bu, özlərini neooliberal, demokrat və milliyyətçi adlandıran, amma neobolşevizmin ən bəsit, eybəcər və primtiv forması olan yerli marginalların hələ də dərk etmədikləri həqiqətlərdən biridir.
"İşıq pulu" yalanı siyasət deyilOnlar üçün hakimiyyət düüşməndir. Xalq və dövlət kimi. Onları yalnız öz maraqları, mənafeləri və istəkləri maraqlandırır.
Açıqlamaları da tragikomediya səviyyəsində olan çığırtılardır.
Belələri üçün sağ da pisdir, sol da: qərb də, şərq də. Yəni hakimiyyətin etdiyi nə varsa, mütləq pis, absolyut şərdir.
Məsələn, ölkədə elektroenerji sərfiyyatına son dəfə limit tətbiq olunanda ifrat dərəcədə radikallaşmış yerli, daha çox əyalətçilik davranışlı müxalifətimiz bəyan etdi ki, iqtidar əsla xalqı düşünmür. Ki, düşünsəydi, belə qərar qəbul etməzdi.
İndi bütün dünyada COVİD-19 koronavirusu tüğyan edir, ölkələr bu bəladan qurtulmağın, fəsadların azaldılmasının yollarını arayırlar. Ümdə məsələlərdən biri də karantin rejiminin tətbiq olunduğu, çox müəssisələrin və şirkətlərin fəaliyyətində minimallaşma dövrünün yaşandığı vaxtda gəlir səviiyyələri təbii ki, aşağı düşmüş vətəndaşlara dəstəkdir.
Dövlət bunu bilir, ölkədə 600 min insanın maddi durumuna koronavirusla bağlı situasiyanın ciddi təsir etdyini anlayır və məhz bu səbəbdən, virusun yayılmasının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirləri reallaşdırmaqla yanaşı, vətəndaşına arxa durur, dəstək verir, yardım edir.
Elektroenerji tariflərinin iki aylıq müddətə 400 kilovatta qədər artırılması da bəhs etdiyiim qəbildən olan qərarlar arasındadır.
Di gəl, radikal müxalifət alaçıqlarında səs-səsə verirlər ki, iqtidar sən demə, yenə vətəndaşını düşünmür. Bu dəfə radikallar absurdun "qara rekord"unu vuraraq iddia edirlər ki, orta statistik vətəndaş o həcmdə elektroenerji işlətmirmiş.
Sən demə, hakimiyyət bu tarifləri "pullular üçün artırıb".
Belə iddiaların sadəcə, sosial şəbəkələrdə hərcai müzakirələrə səbəb olmaq, yəni gündəmdə qalmaq üçün ortaya atıldığı aydındır.
Aydın olmayan həmin iddiaları səsləndirən marginalların şüur səviyyəsi və intellektlərinin durumudur.
Axı hər şey çox bəsitdir.
"İşıq pulu" yalanı siyasət deyilKarantin rejimidir, vətəndaşlar "Evdə qal!" çağırışına uyaraq evlərindədir və deməli, elektroenerji sərfiyyatı da avtomatik yüksəlmiş durumdadır.
Bunu dərk etmək o qədərmi çətindir?
Axı riyakarlığın, siyasi mənəviyyatsızılığın, hakimiyyəti mütləq tənqid etmək mərəzinin də bir həddi, məntiqi hüdudu olmalıdır.
Siyasi mübarizə, hakimiyyətə gəlmək üçün kolliziyalardan keçərək qarşıdurmalardan və rəqabətdən qalib ayrılmaq eyni zamanda elementar siyasi davranış qaydalarına riayəti də ehtiva edir.
Marazmatik açıqlamalar etmək, nəyin bahasına olursa-olsun, gündəmdə qalmaq üçün söz oyunlarından və məntiq təlxəkliyindən yararlanmaq heç bir halda normal siyasətçiyə yaraşan davranış deyil.
İndiki dövr müxalifət "lideri" olduğunu iddia edənlərdən isteriya, yalançılıq və sözbazlıq yox, düşünülmüş qərarlar, adekvat açıqlamalar tələb edir.
Həmişə olduğu kimi...
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 15 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı sou xeberler son xeberler az cəbhədən xəbərlər