İşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? – Səbəbi bəlli oldu
Sosial şəbəkələrdə elektrik enerjisi ödənişləri ilə bağlı narazılıq paylaşılıb. Vətəndaş bildirib ki, 16 manat məbləğində işıq pulu ödəməsinə baxmayaraq, hesabına əlavə olaraq 2 manat borc yazılıb.
Paylaşımda qeyd olunub ki, ödəniş tam həyata keçirilsə də, sistemdə borcun qalması suallar doğurub və bu hal istifadəçi tərəfindən haqsız hesab edilib.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib ki, qeyd olunan əlavə məbləğ borc deyil, sabit tarif əsasında hesablanıb. Qurumdan verilən məlumata görə, bəzi hallarda bu ödənişlər iki ay üzrə birləşdirilərək abonentin hesabına əlavə olunur.
"Azərişıq" ASC vurğulayıb ki, tətbiq olunan bu yanaşma mövcud qaydalara uyğundur və texniki xarakter daşıyır. Bununla belə, vətəndaşlara tövsiyə olunur ki, hər hansı anlaşılmazlıq yarandıqda aidiyyəti qurumun müştəri xidmətlərinə müraciət etsinlər.

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı