İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə!
İşsizlikdən sığorta ödənişi artıq elektron qaydada təyin ediləcək. Bunun üçün vətəndaşların hansısa quruma vaxt sərf edərək getmələrinə ehtiyac qalmayacaq. Ödənişin təyin edilib-edilməməsi isə 10 gün ərzində bəlli olacaq.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, işsizlikdən sığorta almaq üçün öncədən vətəndaşlar sosial müdafiə şöbələrinə müraciət etməli idilər. Ancaq artıq bütün bu proseslər tam olaraq elektron qaydada icra ediləcək. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq" altsisteminin təmin etdiyi elektron xidmət sayəsində mümkün olacaq.
Ekspert Rəşad Həsənov bildirir ki, işsizlikdən sığorta məsələsinin elektronlaşdırılması çoxsaylı insanın problemini qısa zamanda həll etməyə imkan verəcək.
Nazirlikdən verilən məlumata görə, sığorta ödənişini almaq hüququna malik şəxs "Məşğulluq" altsistemində işsiz kimi qediyyata alındıqdan sonra sistemdə yerləşdirilən ərizəni təsdiq edir. Şəxsin müraciəti altsistem tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bu qərar şəxsin elektron kabinetində yerləşdirilir və ya mobil telefon nömrəsinə ismarıc göndərilir.
Rəşad Həsənov bildirir ki, öncədən bu sahədə bir sıra çatışmazlıqlar var idi və buna görə insanların əksəriyyəti işsizlikdən sığorta haqqını əldə edən zaman ciddi çətinliklərlə rastlaşırdılar.
Sığorta ödənişi isə təyin edildikdə şəxsin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk iş günündən hesablanır. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, altsistem tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır. Bu barədə də məlumat şəxsin elektron kabinetində yerləşdirilir və mobil telefon nömrəsinə ismarıc göndərilir.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib