İsrail prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi
İsrail prezidenti İsxak Hersoq Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azxeber.com xəbər verir ki, təbrik mətndə deyilir:
"Hörmətli cənab Prezident.
İsrail Dövləti və xalqı adından 60 illik yubileyiniz münasibətilə Sizə ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram. Yəhudi ənənəsində deyildiyi kimi, 120 il yaşayasınız!
Xalqlarımız arasında münasibətlər onların tarixi qədər qədim və möhkəmdir. Sizin xalqınız müsəlman-yəhudi birgə yaşayışının parlaq nümunəsidir. Azərbaycanda yəhudilərin qardaş və bacı kimi sülh və harmoniya şəraitində yaşayışının uzunömürlü mirası vardır. Təəccüblü deyil ki, Azərbaycan əsilli yəhudilərin Sizin xalqınızla böyük bağlılığı mövcuddur.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, maliyyə sabitliyi və nüfuzlu diplomatiya ilə tərəqqi etmişdir. Sizin koronavirus pandemiyası ilə mübarizədə heyrətamiz addımlarınız səmərəli rəhbərliyinizin yalnız bir nümunəsidir. İnanıram ki, Azərbaycan Xəzər dənizi regionunda əlaqələrin normallaşdırılmasında həlledici rol oynaya bilər.
İcazə verin, Zati-alinizi İsrailə səfərə dəvət edim. Sizi İsraildə qəbul etmək mənim üçün həqiqətən xoş olacaqdır və bu, xalqlarımız arasında əhəmiyyətli təməl daşı olacaqdır. Həmçinin bu il biz Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılacağına ümid edirik. Bu, Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının təbii davamı olardı.
Bir daha 60 illik yubileyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. İsrail xoşbəxtdir ki, Sizin kimi dostu var və mən prezidentlik dövrümdən istifadə edərək xalqlarımız arasında əlaqələrin genişləndirilməsinə və dərinləşdirilməsinə çalışacağam".
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı