İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTO

İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİyulun 29-da İsrailin Tel-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəlikləri açılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov, Azərbaycan nümayəndə heyəti, İsrail rəsmiləri, ziyalılar və biznes dairələrin nümayəndələri, İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının üzvləri iştirak ediblər.
İştirakçılar Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.
Tədbirdə çıxış edən, iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Nazir Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi
əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Mikayıl Cabbarov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycana göstərdiyi dəstəyə görə İsrail tərəfinə təşəkkürünü bildirib, İsrail şirkətlərinin işğaldan azad olunan ərazilərimizin bərpasına göstərdikləri marağı yüksək qiymətləndirib.
İqtisadiyyat naziri enerji, səhiyyə, rəqəmsallaşma, investisiyalar, innovasiya, İKT, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb və İsrail iş adamlarını Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitindən faydalanmağa dəvət edib.
Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ticarət və Turizm nümayəndəliklərinin iki ölkə arasında tərəfdaşlığın, o cümlədən turizm sahəsində əlaqələrin genişlənməsinə önəmli töhfə verəcəyini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycanda tarixi yəhudi irsinin qorunması və Dövlət Turizm Agentliyi tərəfindən bu irsin turizm potensialının inkişafı üçün bir sıra işlər görülür.
Belə ki, Agentlik tərəfindən Azərbaycanda yəhudi irsi turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə ölkəmizin şimal hissədində yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində addımlar atılır.
Hökumətlərarası Komissiyanın həmsədri, İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığını, qarşılıqlı etimad və hörmətə əsaslandığını qeyd edib.
30 il ərzində ölkələrimiz əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib, bununla belə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızda tarixi hadisədir. İkitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində bu mühüm qərarı qəbul etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Yoel Razvozov iqtisadi əməkdaşlığın yeni hədəflərinin qarşıya qoyulduğunu və nümayəndəliklərin bu məqsədə xidmət etdiyini vurğulayıb.
İsrailin turizm naziri qeyd edib ki, nümayəndəliklər yüksək texnologiya, energetika, su təchizatı, kənd təsərrüfatı, tibb, təhsil və qarşılıqlı investisiyalar kimi müxtəlif sahələrdə birgə biznes qurmaq istəyən İsrail iş adamları üçün yeni ünvan, əlverişli platforma olacaqdır.
Tədbir zamanı Azərbaycanın iqtisadi və turizm potensialı haqqında təqdimat keçirilib.
İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTOİsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTO

İqtisadiyyat       Tarix: 29 iyul 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeberler cəbhədən son məlumatlar xeber az cəbhədən son dəqiqə