İsrailin Qarabağda mövcudluğu İranın uydurmasıdır' - İsrailin Rusiyadakı səfiri
"İranın Azərbaycanda, daha dəqiq desək, Qarabağda hərbi mövcudluğu ilə bağlı İsraili ittiham etməsi fantaziyadan başqa bir şey deyil".
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi NEWS.ru saytına müsahibəsində belə deyib.
Səfir qeyd edib ki, sözügedən ərazidə həm Rusiyanın, həm də Türkiyənin hərbçilərindən ibarət monitorinq qrupu fəaliyyət göstərir və İsrailin orada mövcudluğundan hər kəsdən öncə onlar xəbər tutardılar.
"Əminəm ki, belə bir şey olsaydı, bunu hamı görərdi, bütün mətbuat bundan danışardı, ona görə də deməliyəm ki, bu, sadəcə olaraq İranın uydurmasıdır. İran bunu Azərbaycan onun yolunu bağladığı üçün edir. Azərbaycan İranın Ermənistana müxtəlif yükdaşımalarına mane olduğu üçün iki ölkə arasında gərginlik yaranıb. Açığı, İran üçün ən asan yol olmayan "İsrail kartı" ilə oynamaqdır " - Ben Zvi deyib.
Azvision
Kurslar.az kurslar [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı