İstanbulda Azərbaycan-Türkiyə münasibətləri mövzusunda konfrans keçirildi

İstanbulda Azərbaycan-Türkiyə münasibətləri mövzusunda konfrans keçirildiTürkiyənin İstanbul şəhəri Kent Universitetində 2022-ci il "Şuşa ili"nə həsr olunmuş Azərbaycan-Türkiyə münasibətləri mövzusunda konfrans təşkil edilib.
KONKRET.az xəbər verir ki, İstanbul Kent Universiteti və Azərbaycanın İstanbuldakı Baş Konsolluğunun təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycandan millət vəkilləri, türkiyəli alimlər qatılıb.
Konfransda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, ötən 30 ildə Azərbaycan və Türkiyə münasibətlərin dərinləşməsi üçün çox şərəfli və böyük yol keçib, Şuşa zəfəri və bəyannaməsi bu əbədi qardaşlığa vurulmuş bir möhürdür.
Deputat Hikmət Babaoğlu isə bildirib ki, "Bir millət, iki dövlət" fəlsəfəsi hüquqi-siyasi müstəvidə möhkəmləndirilib, Türkiyə və Azərbaycanın beynəlxalq münasibətlər sistemində sinxron hərəkət etməsi və təhlükəsizliklərini bərabər təmin etməsi baxımından yeni perspektivlər yaradıb. O, həmçinin Şuşa bəyannaməsindən sonra Azərbaycan-Türkiyə münasibətlərinin tam yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib.
"Türkiyə – Azərbaycan münasibətlərinin dünəni və bugünü" mövzusunda çıxış edən Mərmərə Universitetinin professoru Okan Yeşilot vurğulayıb ki, Ermənistan bölgədə sülh istəyirsə, Azərbaycan və Türkiyəyə qarşı olan əsassız iddialarından əl çəkməlidir. O, Şuşa bəyannaməsinin yolun sonu deyil, başlanğıcı olduğunu açıqlayıb.
Konfransdan sonra Kent Universitetin kitabxanasında yaradılan Azərbaycan guşəsinin açılışı və "Şuşa – Bərabər yürüdük biz bu yollarda" kitabının təqdimatı olub.

Siyasi       Tarix: 08 yanvar 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən video sonxeber.az apa.az xeberler sonxəbər