İstanbulda Azərbaycana qarşı təxribat - Dərhal qarşısı alındı

İstanbulda Azərbaycana qarşı təxribat - Dərhal qarşısı alındı"Türkiyə Gənclik Vəqfi İstanbulda "Qəzzaya ədalət" yürüşü keçirib. Yürüşə 400-ə yaxın qeyri-hökumət təşkilatının dəstəyi ilə 520 min insan qatıldığı bildirilib. Yürüşə qatılmaq istəyənlərdən bir qrupunun əllərində Misir və Azərbaycan Dövlət Neftş Şirkəti əleyhinə şüarı əks etdirən pankartlar olub. Onları yürüşə qatılmağa icazə verməyiblər, təxribatın qarşısı alınıb". 
KONKRET.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, həmin qrup Misiri İsraildən qaz alışına dair saziş imzalamasına görə hədəf seçib:
"Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) isə İsrailə neft satmaqda ittiham edirlər. Diqqətimi məlum qrupun nəfis şəkildə hazırladıqları pankartlar çəkdi. Onlar bunu nəşriyyatda hazırlayıblar. Bu qrupda yer alanlar 2024-cü ilin iyun ayında Dövlət Neft Şirkətinin İstanbuldakı ofisinin qarşısında da etiraz təşkil etmişdilər. Türkiyədə fərqli ideoloji baxışlara malik insanlar var, içərlərində radikalizmə meyllənənlərə də rast gəlinir, 3 gün əvvəl terrorçu İŞİD üzvləri ilə toqquşmada 3 polis şəhid edildi. Dövlət Neft Şirkəti 20 milyard dollarla Türkiyəyə ən çox yatırım qoyan şirkətdir və İsrailin Azərbaycan neftinin alışı Türkiyənin Ceyhan limanı üzərindən həyata keçirilir. Yəni Türkiyədə İsrailə neft satışına görə Dövlət Neft Şirkətini hədəf seçənlər həm də öz dövlətlərini hədəf seçirlər".

Siyasi       Tarix: 02 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi sou xeberler bugun son xeber az son xeberler bugun 2026 azerbaycan