İstanbulda "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası keçirildi - FOTOLAR

İstanbulda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən İstanbul Universitetində "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası keçirilib.
azxeber.com xəbər verir ki, Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
 Kampaniyanın keçirilməsi haqqında danışan "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər burada əsas məqsədin Leyla Əliyevanın başlatdığı "Xocalıya Ədalət" kampaniyasına dəstək olmaq və bu istiqamətdə sosial şəbəkələrdə beynəlxalq kampaniya təşkil etmək, Xocalı Soyqırımı barədə beynəlxalq ictimaiyyət məlumatlandırmaq olduğunu vurğulayıb.
Aqil Ələsgərin baş koordinatorluğu, Toğrul Allahverdili və Rəşid  Mustafazadənin koordinatorluğu ilə keçirilən tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Ülke TV-nin baş redaktoru Hasan Öztürk, Azərbaycan Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı, "Ulusal Kanal"ın baş redaktoru Sinan Sunqur, "Haber7″nin baş redaktoru Osman Atəşli, Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) sədri Közhan Yazqan, Türkiyə -Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu və digərləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni caniləri tərəfindən Xocalıda törədilən soyqırımıdan danışıb, tarixin qanlı səhifəsi olan bu insanlıq cinayətinin səbəbkarlarının ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb ediblər.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən İkinci Qarabağ müharibəsi haqqında danışan natiqlər bu savaşın yalnız meydanda deyil, eyni zamanda, sosial mediada da aparıldığını qeyd ediblər.
Qeyd edək ki, "Xocalı üçün paylaş" Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər müxtəlif dillərdə həştəqlər ilə sosial şəbəkələrdə trendə daxil olmağı hədəfləyiblər və ilkin nəticələrə görə, Kampaniyanın dəstəklədiyi həştəqlər Türkiyə seqmentində ciddi diqqət doğurub. Kampaniyanın nəticələri yaxın günlərdə açıqlanacaq.
İstanbulda İstanbulda İstanbulda İstanbulda İstanbulda İstanbulda İstanbulda İstanbulda İstanbulda İstanbulda İstanbulda

Sosial       Tarix: 28 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az