İtaliya-Azərbaycan əlaqələri - Strateji müttəfiq, dar günün dostu və inişafa dəstək verən ölkə

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "La Rebbublica" qəzetinə verdiyi geniş müsahibə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsininin təhlilini yenidən gündəmə gətirir.
İtaliya Azərbaycanla strateji müttəfiq, siyasi-iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi dost ölkədir. İtaliya-Azərbaycan arasındakı əlaqələrin təxminən 102 yaşı var, hələ Azərbaycan Xalq Cumhuriyyəti Bakıda Molokanskaya küçəsində İtaliya nümayəndəliyi fəaliyyət göstərirdi. Hətta həmin dövrdə ölkəmizin mandatı İtaliyaya verilmişdi.
Müstəqillik dövründə isə Azərbaycanla İtaliya arasında diplomatik əlaqələr əksər sahələri əhatə etmiş və iki ölkə arasında möhkəm münasibətlər sistemi yaranmışdır. Hətta 2020-ci il İtaliyada "Azərbaycan ili" elan olunmuşdu. NATO-nun üzvü kimi İtaliya iqtisadiyyatın inkişafına görə Avropada üçüncü-dördüncü yeri bölüşür. 2018-ci ildə İtaliya prezidentinin ölkəmizə səfər etməsi İtaliyanın Azərbaycana açıq şəkildə iqtisadi-siyasi dəstəyinin mühüm ifadəsi idi. TANAP-TAP layihəsi çərçivəsində İtaliyanın aparıcı ölkələrdən biriniə çevrilməsi iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi və strateji hal almasına gətirib çıxardı. Bu gün hər iki ölkənin təhlükəsizliyi və inkişafı bir-biri üçün mühüm əhəmiyyət kəsb etməkdədir.
2020-ci ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya etdiyi səfər iki ölkə arasındakı istisadi-siyasi əlaqələrin daha da dərinləşməsini qaçılmaz hala gətirdi. Statistikaya əsasən, Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 6 milyard dollat təşkil edir. İtaliyanın Azərbaycanda müxtəlif sahələri əhatə edən təxminən 100-dən artıq şirkəti fəaliyyət göstərir.
İtaliya-Azərbaycan əlaqələri - Strateji müttəfiq, dar günün dostu və inişafa dəstək verən ölkə44 günlük Vətən müharibəsi zamanı İtaliya Azərbaycan torpaqlarının işğaldan azad olunmasının, BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyini ifadə etməklə, Azərbaycana açıq dəstə verdi.
Hətta İtaliyanın müxtəlif rəsmi orqanları Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul etdi.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev İtaliyanın "Maire Tecnimont Group" şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən işğaldan azad edilmiş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb edilməsi və onlara geniş imkanlar yaradılmasını iki ölkə arasında dost münasibətlərinin bariz nümunəsi olduğunu önə çəkdi. 44 günlük müharibə zamanı İtaliya informasiya cəbhəsində, ölkəmizin haqq səsinin bütün dünyaya çatdırılması prosesində də Azərbaycana əvəzsiz dostluq nümayiş etdirdi. Belə ki, İtaliyanın nüfuzlu "Politicamente Corretto", "Adnkronos" xəbər agentliyi, "Il Giornale" qəzeti, "Notizie Tiscali", "Notizie Yahoo", "Occhio Notizie", "Telenicosia", "Agenzia Nova" və digər media resursları Azərbaycan üçün əhəmiyyətli platformaya çevrildi. İtaliya mətbu orqanlarında Ermənistanın Gəncə şəhərinə raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı materiallar dərc edildi, mülki əhaliyə qarşı həyata keçirilən terror siyasəti qətiyyətlə pislənildi və bütün bunlar ən qabarıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinin yeni mərhələyə qədəm qoymasında körpü rolunu oynayan əsas dost dövlətlərdən biri də məhz İtaliyadır.
İtaliya-Azərbaycan əlaqələri - Strateji müttəfiq, dar günün dostu və inişafa dəstək verən ölkəÜmumiyyətlə, qlobal proseslərə, sabitliyin bərpası, sülhün təmin edilməsi, terrorizmə, işğala və ölkələrin sağlam inkişaf prinsiplərinə vahid baxış Azərbaycanla İtaliyanı birləşdirən əsas amillərdəndir.
Təsadüfi deyil ki, İtaliya-Azərbaycan arasındakı tərəfdaşlıq-dostluq münasibətləri təkcə-neft-qaz sektorunda özünü göstərmir, həmçinin turizm, sənayə, kənd təsərrüfatı, nəqliyyat, təhsil və digər sahələr üzrə hər iki ölkə arasında davamlı əlaqələr mövcuddur. Elə buna görə də qarşılıqlı sərmayə yatırımları da hər iki ölkədə yüksələn xətt üzrə inkişaf edir.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində "ICE" - İtaliya Ticarət Agentliyinin, "OICE" - İtaliyanın memarlıq, mühəndislik və texniki-itisadi konsaltinq şirkətləri assosiasiyasının, "Assorestauro" - İtaliyanın memarlıq, incəsənət, restavrasiya və şəhər bərpası üzrə assosiasiyasının, "Confindustria" -İtaliyanın sənaye və xidmət şirkətləri assosiasiyasının, "SACE" – İtaliya İxrac-Kredit Agentliyinin, "ANCE" - İtaliyanın Milli İnşaatçılar Assosiasiyasının və "Elettricita Futura" - İtaliyanın elektrik enerjisi şirkətləri assosiasiyası ilə əməkdaşlıq imkanları ən yüksək səviyyədə müzakirə edilərək İtaliya şirkətlərinin işaldan azad edilən ərazilərin bərpası proesində iştirakı ilə bağlı qərarlar qəbul olunub. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Tafurri Ağdama səfəri zamanı bu şəhərin tamamilə məhv edildiyini və İtaliya şirkətlərinin bərpa-inkişaf işlərində iştirakına hazır olduqlarına bildirmişdi.
İtaliya-Azərbaycan əlaqələri - Strateji müttəfiq, dar günün dostu və inişafa dəstək verən ölkəİtaliyanın "Geopolitica.info" portalında italyan tədqiqatçı Chiara Minoranın müəllifi olduğu "Atəşkəsdən 300 gün sonra: Qarabağın bərpası və İtaliyanın rolu" sərlövhəli məqalədə İtaliya da daxil olmaqla, bir sıra ölkələrin şirkətlərinin iştirakı ilə çoxsaylı bərpa və yenidənqurma layihələri həyata keçirildiyi, bunun azad olunmuş ərazilərdə davamlı iqtisadi inkişafı təmin etmək, eyni zamanda, münaqişə dövründə ölkənin qalan hissəsinə sığınan yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz ərazilərinə qayıtmasını təmin etmək məqsədi daşıdığı qeyd olunurdu.
Məqalənin müəllifi C.Minora "Azərenerji" və İtaliyanın "Ansaldo" şirkəti arasında imzalanmış Ağdam, Kəlbəcər, Qubadlı və Füzuli rayonlarının ərazilərində dörd yarımstansiyanın yenidən qurulmasını nəzərdə tutan müqavilədən danışaraq, Zəngilan rayonunun Ağalı kəndində ilk "ağıllı kənd" layihəsinə cəlb olunan ölkələr siyahısında İtaliyanın da olduğunu qeyd etmişdi.
İtaliya-Azərbaycan əlaqələri - Strateji müttəfiq, dar günün dostu və inişafa dəstək verən ölkəBu ilin aprel ayında İtaliyanın "Inside Over" informasiya portalında "Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır" başlıqlı məqalədə qeyd olunur ki, 2013-cü ildən bəri Azərbaycan İtaliyanı xam neftlə təmin edən iki əsas ölkədən biridir:
"Əgər təkcə üç ilə nəzər salınsa, o zaman İtaliyanın idxalının praktiki olaraq iki dəfəyədək artdığını görmək mümkündür (2016-cı ildə 2,9 milyard avro və 2019-cu ildə təxminən 5 milyard avro). 2019-cu ildə İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşüb. 2020-ci ildə ticarətin həcmi 6 milyard avroya yüksəlib və bu da Azərbaycanın xarici ticarətinin 18 faizinə bərabərdir. "Trans-Adriatik" qaz boru kəmərinin fəaliyyətə başlaması ilə Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafı üçün daha münbit şərait yaranıb. Əslində bu, iki ölkə arasında əlaqələrin strateji əhəmiyyətini ictimaiyyətə nümayiş etdirən əsas məqamdır".
Müharibə zamanı İtaliyanın "Liqa" partiyasından senator Stefano Lucidi, "Liqa" partiyasından deputat Rossana Boldi və "İrəli İtaliya" siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini Maria Rizzotti media resurslarında və özlərinin sosial şəbəkə hesablarında Ermənistanın işğalçı, terrorçu fəaliyyəti ilə bağlı kəsərli çıxışlar edərək Azərbaycana böyük dəstək verdilər.
İtaliya-Azərbaycan əlaqələri - Strateji müttəfiq, dar günün dostu və inişafa dəstək verən ölkəPrezident İlham Əliyev fevral ayının 3-də İtaliyanın "Maire Tecnimont Group"un sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən İtaliyanın Azərbaycan üçün əhəmiyyətini xüsusi olaraq vurğulamışdı:
"İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir".
İnanırıq ki, İtaliya-Azərbaycan münasibətləri qlobal dünyanın dəyişkən kataloqları fonunda öz aktuallığını, əhəmiyyətini daha da artıracaq. Çünki hər iki dövlətin qlobal proseslərə baxış bucaqları, milli inkişaf konsepsiyalarının koordinatları tamamilə üst-üstə düşür.
Samir Feyruzov

Siyasi       Tarix: 14 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri ən son xəbərlər bugün son xeberler azerbaycan