İtaliya sərhədlərini turistlərə açacağı tarixi və şərtləri açıqladı
İtaliya sərhədlərini turistlərə açacağı tarixi və şərtləri açıqladı
İtaliya bu yay sərhədlərini turistlərə üç şərtdən birinə əsasən açacaq.
Rusiya Tur Operatorları Birliyi (ATOR) xəbər verir ki, bu barədə İtaliyanın Turizm naziri Massimo Qaravalia deyib.
Onun sözlərinə görə, populyar Avropa ölkəsində turizm fəaliyyəti İtaliyada Respublika Günü qeyd olunduğu 2 iyun tarixində bərpa oluna bilər.
Qaravalia dövlətin xarici turistləri qəbul etməyə hazırlaşmağa vaxt tapacağını və koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlərə əməl edəcəyini vurğulayıb.
Səyahətçilər ya tam bir peyvənd kursu keçməli və bununla bağlı bir sertifikat almalı, ya da mənfi nəticəli koronavirus testi təqdim etməlidirlər.
Bununla yanaşı, üçüncü variant İtaliyada populyar turistik yerlərin sakinlərinin məcburi kütləvi peyvəndlənməsini əhatə edir.
İtaliyanın 2 iyundan turist qəbuluna hazır olması barədə məlumatın ölkənin Baş naziri Mario Draqi tərəfindən təsdiq edildiyi qeyd olunur. O, əcnəbilərin yoxluğunun "sənət şəhərləri" üçün zərərli təsiri olduğundan yaz mövsümünə hazırlaşmağın və təslim olmamağın vacibliyini vurğulayıb. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var