İtaliyalı nazir Rusiya-Ukrayna müharibəsinin Avropaya zərərlərindən DANIŞDI
"Ceyhun Bayramovla Ukrayna məsələsini də müzakirə etdik. Qitədə İkinci dünya müharibəsindən sonra çox gərgin böhran yaranıb".
azxeber.com xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi prioritetdir:
"Türkiyə tərəfindən də atılan addımları yüksək dəyərləndiririk. Rusiyaya qarşı sanksiyalar yalnız İtaliya deyil, bütün Avropa ölkələrinə enerji sektoruna təsirsiz ötüşmür. Bunu diqqətdə saxlamalıyıq. Bu kontekstdə də biz etibarlı və bu sahədə böyük potensiala malik olan tərəfdaşlarımızla əməkdaşlığa böyük diqqət yetiririk".
O qeyd edib ki, İtaliya vətəndaşlarını və şirkətlərini qorumaq məqsədi ilə artıq Rusiyanın enerji asılılığından azad olmaq istəyir:
"Azərbaycan əsas prioritet tərəfdaşlardan biridir. Azərbaycanla əlaqələrimiz yalnız enerji sahəsində deyil, iqtisadi və ticari sahədə tərəfdaşlığımıza da töhfə verəcək".
Kurslar.az kurslar [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti