İti üçün 20 dəqiqə anakonda ilə döyüşdü - VİDEO
İti üçün 20 dəqiqə anakonda ilə döyüşdü - VİDEO
San-Paolodan olan braziliyalı Paulo Marketti özünün Neqo ləqəbli itinin xilası üçün dörd metrlik anakonda ilə 20 dəqiqə vuruşub.
Bu barədə "Daily Mail" xəbər yayıb.
Kişi baytar işləyir və evsiz heyvanlara yardım edir. Təqribən bir il öncə o, aclıqdan ölmək üzrə olan "Neqo" ilə rastlaşır, onu evinə gətirir, yedirdir və sağaldır – küçədə ölməkdən xilas edir.
Həmin gün Marketti it təlimçisi olan dostu və onun 14 yaşlı oğlu ilə gölün kənarında velosiped gəzintisinə çıxır. Hansısa anda "Neqo" tək halda suya tərəf cumur, orada isə şikar gözləyən anakonda ona hücum edir.
Marketti it zingiltisi eşidir. O, gölə tərəf qaçır və nəhəng ilanın itin boynuna sarılaraq, suya çəkdiyini görür.
Heyvansevər kişi tərəddüd etmədən suya tullanır və ilanın ağuşundan itini geri almağa çalışır.
Nəhayət o, yoldaşları ilə birlikdə heyvanı ilanın ağuşundan çıxara bilirlər.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb