İtin "Instagram" səhifəsi iki gündə 288 min abunəçi topladı - FOTO
İtin "Instagram" səhifəsi iki gündə 288 min abunəçi topladı - FOTO
Çilinin yeni prezidenti Qabriel Boriçin itinin "Instagram" səhifəsinə iki gündə 288 min insan abunə olub.
"Brauni" ləqəbli itin hesabında indiyədək yeddi paylaşım dərc edilib.
"Seçkilər vasitəsilə mənə həvalə edilmiş "birinci it" vəzifəsi ilə bağlı çağırışa hazıram. Mən Çilidə təkcə itlərin deyil, bütün ev heyvanlarının layiq olduğu hüquqlar və rəftarlar uğrunda mübarizə aparmağa söz verirəm. Hav!" – deyə birinci paylaşımda deyilir.
"Brouni"nin səhifəsindəki sonuncu paylaşım Argentina prezidenti Alberto Fernandesin iti "Dilan" ilə videobağlantı üzrə danışıqlara həsr olunub.
"Mən Argentina Respublikasının "birinci iti" Dilan Fernandes ilə əlaqə saxladım. Ümid edirik ki, heyvanlara məsuliyyətli sahiblik və insanların bizimlə birgə yaşaması kimi mühüm məsələlərdə irəliləyiş əldə edəcəyik", - deyə paylaşımda deyilir.
Çili prezidentinin itinin 57 min izləyicisi olan "Twitter" hesabı da var.
Qeyd edək ki, dekabrın 19-da 35 yaşlı Qabriel Boric 56% səslə Çilinin prezidenti seçilib. O, 2022-ci ilin martında vəzifəsinin icrasına başlayacaq və Çili tarixində ölkənin ən gənc lideri olacaq.
Mənbə: İnformburo.kz

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü