İtkin düşərək tapılan kursant hərbi məktəbdən xaric edildi
İtkin düşdükdən üç gün sonra hərbi polis tərəfindən tapılan Heydər Əliyev adına Hərbi Akademiyanın kursantının akademiyadan xaric olunmasına qərar verilib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, bununla bağlı akademiyanın hərbi şurasının iclası keçirilib.
Qəbul edilmiş qərara əsasən Hüseynli Vüsal Elşən oğlu əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə məktəbdən qovulacaq.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıtdan Bakıya yola düşüb. Bundan sonra ondan xəbər olmayıb.
Aparılan axtarış tədbirləri nəticəsində Vüsal Hüseynli üç gün sonra hərbi polis tərəfindən tapılıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var