İtmiş oğullarına 38 ildən sonra qovuşan valideynlərin təsirli VİDEOsu
İtmiş oğullarına 38 ildən sonra qovuşan valideynlərin təsirli VİDEOsu
Çində yaşlı valideynlər 38 il əvvəl oğurlanan oğullarına qovuşub.
Bu barədə "Daily Mail" xəbər yayıb.
Məlumata görə, 1982-ci ilin mayın 12-də Şensi əyalətində yaşayan ailənin iki yaşlı oğulları itkin düşüb. Həmin gecə ailə başçısı Su Binde qohumugilə yollanmışdı. O, gecə qayıdacağını düşünərək arvadı, oğlu və qızı olan evin qapısını bağlamayıb. Səhər tezdən isə qadın yanında yatan oğlu Tszin Şuyun itdiyini görüb. Uşağın axtarışına bütün kənd qatılsa da, onu tapa bilmirlər.
Ata uşağını tapmaq ümidi ilə qonşu şəhərlərə də getmək məcburiyyətində qalır. O, yol puluna qənaət etmək məqsədi ilə səfərlərin çoxunu piyada həyata keçirib. Ruh düşkünlüyü yaşayan ananın psixikasında pozuntular başlayıb.
Yerli polis araşdırmalara başlasa da, heç bir nəticə əldə etmir.
38 il sonra polis 70 yaşlı valideynlərə oğullarını tapdığı xəbərini verib.
Onlar milli məlumat bazasında DNT analizlərini tutuşdurduqdan sonra onu aşkarlayıblar. Artıq 40 yaşı olan Tszin Şuy valideynlərindən 1000 km uzaqda arvadı və iki övladı ilə yaşayırmış. Onun adı dəyişdirilərək Li Quolin olub.
Qeyd edilir ki, Çində insan alveri ən böyük problemlərdən biridir. Hesablamalara görə ölkədə hər il müxtəlif yaşlarda 70 mindən artın uşaq oğurlanır və satılır.









Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb