İTV-də möhtəşəm gecə: "Oxşarabad 2"də bütün korifeyləri izləyəcəksiniz - FOTO/VİDEO
İTV-də möhtəşəm gecə: "Oxşarabad 2"də bütün korifeyləri izləyəcəksiniz - FOTO/VİDEO
Dekabrın son günü İTV-də "Oxşarabad 2" filmi yayımlanacaq.
Bu barədə Oxu.Az-a İTV-nin sədr müavini Tural Sevdimalı məlumat verib.
Onun sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni istehsalı olan, baş rolda Taleh Yüzbəyovun oynadığı "Oxşarabad" adlı film komediya janrındadır.
"Bu il həmin filmin ikinci hissəsi olan "Oxşarabad 2" təqdim olunacaq. Filmdə baş rolları Taleh Yüzbəyov oynayır və onun tərəf müqabili kimi Nəsibə Zeynalovanın obrazı canlandırılacaq.
"Oxşarabad 2" filminin ssenarisi komediya janrından fərqli olaraq, bir qədər retro, nostalji tonlar üzərində çəkilib.
Ssenariyə görə, T.Yüzbəyova tapşırıq verilir ki, Azərbaycanın korifey sənətkarlarını tapsın. Filmdə bir neçə dahi sənətkarların obrazları canlandırılacaq. Daha sonra yayımlanacaq Yeni il konsert proqramında həmin sənətkarların ifası izləyicilərimizə nostalji anlar yaşadacaq.
Proqram layihəsinə əsasən, bayram gecəsi efirə gedəcək "Oxşarabad 2" Korifeylər Konsert Proqramında Müslüm Maqomayev, İlhamə Quliyeva, Rübabə Muradova, Anatoli Qəniyev, Nəzakət Məmmədova, Mirzə Babayev, Rəşid Behbudov, Oqtay Ağayev, Şövkət Ələkbərova, Sara Qədimova iştirak edəcəklər.
Hələlik korifeylərin obrazlarını yaradacaq sənətçilərimizin adını açıqlamırıq, bunu tamaşaçılar konsert proqramını izləyərkən görəcəklər. Sənətçilərimiz maksimum çalışacaqlar ki, ifaları dahi sənətkarlarımızın səslərinə uyğun şəkildə səsləndirsinlər".






Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb