İTV-də Yeni il çox maraqlı olacaq - VİDEO

İTV-də Yeni il çox maraqlı olacaq - VİDEOİTV-də Yeni il çox maraqlı olacaq - VİDEO
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) 2020-ci ili fərqli proqramlar, filmlərlə tamaşaçıların evinin qonağı olacaq.
Bu barədə Oxu.Az-a İTV-nin sədr müavini Tural Sevdimalı məlumat verib.
Onun sözlərinə görə,  İctimai Televiziyanın Yeni ilə hazırlığı, hər il olduğu kimi, bu dəfə də qeyri-adi təqdimatlar, proqramlarla yadda qalacaq:
"Tamaşaçılar üçün dekabr ayının 30-dan başlayaraq bayram əhval-ruhiyyəli səhər proqramları, biri-birindən maraqlı süjetlər efirə gedəcək.
Dekabr ayının 31-i İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir aparıcıları tərəfindən dublyaj edilən, Fransa istehsalı olan "Santa və dəstəsi" filmi efirə gedəcək. Qeyd edək ki, İctimai Televiziyanın efirində yayımlanan bütün xarici filmlərin lisenziyası alınıb.
Bayram gecəsi İTV tamaşaçıları Rusiyanın "Первый" və "Россия 1" kanallarında yayımlanan "Точь-в-точь", "Один в один" proqram layihələri əsasında hazırlanan maraqlı konsert proqramını izləyə bilərlər. Proqramın özəlliyi xüsusi qrimlər vasitəsilə korifey sənətkarların birəbir obrazlarının canlandırılması və səslərinin bənzədilməsi olacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ən əsas və möhtəşəm hədiyyəsi bayram gecəsi reallaşacaq. Belə ki, Prezident İlham Əliyevin 31-dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" ilə bağlı təbrik nitqindən sonra İTV-də ən sevilən verilişləri, eksklüziv yayımları ilə yeni mövsümünə start vermiş olacaq. 
Bundan başqa yanvar ayının 1-di İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ənənəvi konsert proqramı olan "İstehsal tarixi-2019" efirə gedəcək. Burada 2019-cu ilin ən yadda qalan mahnıları səsləndiriləcək.
Fasiləsiz davam edən proqramda "Zima" beynəlxalq uşaq festivalından olan konsertin də  yayımlanması nəzərdə tutulur.
Bundan başqa yanvar ayının 1-də "Jara" Beynəlxalq Musiqi Festivalı zamanı çəkilən "Jara" filmi dublaj olunmuş versiyada efirə gedəcək.
Hər şey bununla da bitmir. Dekabr ayının 31-dən Yanvar ayının 6-a qədər İctimai Televiziya və Radio Yayımları Şirkəti bütün bayram günləri ərzində bir-birindən maraqlı, bayram əhval ruhiyyəli verilişlərlə tamaşaçılarının evlərinə qonaq olacaq.
Teleradionun yaradıcı kollektivi bayram günlərində balaca tamaşaçılarını da unutmur. Onları sevindirmək üçün İTV gün ərzində "Maşa və Ayı" animasiya filminə də yer ayıracaq.
Bayram axşamı gecə saat 00:00-dan səhər saat 07:00-a qədər Azərbaycan kinoları "Qaynana", "Ulduz", "Uşaqlığın son gecəsi" və s. retro filmlər yayımlanacaq.
İTV kanalı bütün Azərbaycan xalqını "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasibəti ilə təbrik edir.

/oxu.az

Sosial       Tarix: 29 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeber son xeberler 2026 axsam az xeberler cəbhədən son məlumatlar