Jurnalist kodu sındırıb, qapalı keçirilən beynəlxalq konfransa qoşuldu – VİDEO
Jurnalist kodu sındırıb, qapalı keçirilən beynəlxalq konfransa qoşuldu – VİDEO
Niderlanddan olan jurnalist Daniel Verlan Aİ müdafiə nazirlərinin qapalı video konfransına qoşulmağı bacarıb. O, Niderlandın Müdafiə naziri Ank Beyleveldin "Twitter"dəki fotoşəkilində altı rəqəmli kodun beşini götürüb, birini isə müstəqil şəkildə tapııb.
Bu barədə "Le Figaro" xəbər verib.
Bildirilir ki, jurnalist videokonfransa qoşulduqdan sonra kameraya əl yelləyib. Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin ondan qapalı iclasa qatıldığını bilib-bilmədiyini soruşduqda isə o, "Bəli, bəli, buna görə çox üzr istəyirəm. Mən Niderlanddan bir jurnalistəm", - deyib.
Nəticədə ondan dərhal rabitəni kəsməsi xahiş olunub, o da istəyi yerinə yetirib.
Müdafiə nazirlərinin iclası isə kiber təhlükəsizlik məsələləri səbəbindən təxirə salınıb.
Niderlandın Baş naziri Mark Rutte baş verən hadisədən sonra nazirləri kiberhücumlara qarşı mühafizəyə daha çox diqqət etməyə çağırıb.
"Nazirlər bir daha "Twitter"də nə qədər diqqətli olmaq lazım gəldiyini anlamağa çalışmalıdırlar", - deyə bildirib. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb