Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı
Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı
Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti səfər Cəbrayıl və Qubadlı rayonlarına təşkil olunub.
Oxu.Az-ın məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, tədbir iştirakçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər:
"Sonra isə erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq. Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır".
İ.İbrahimova əlavə edib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq:
"Bununla biz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarının tədricən aradan qaldırılmasına nail olmaq niyyətindəyik".
İlhamə Əbülfət
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR