Kadri Simson: "Şahdəniz" qazının tədarükünün artırılmasının tərəfdarıyıq"
"Biz gələcəkdə Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsinin, "Şahdəniz" yatağından hasil edilən təbii qazın tədarükünün artırılmasının tərəfdarıyıq".
KONKRET.az xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün Bakıda keçirilmiş CQD Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısından sonra təşkil edilmiş mətbuat konfrasında bildirib.
"Bizim Azərbaycanla münasibətlərimiz yaxındır. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır. CQD Cənub Şərqi Avropa regionunun qazla etibarlı təchizatında böyük rol oynayacaq. Hazırda enerji bazarında qiymət artımı var. Bu baxımdan da hesab edirəm ki, CQD Avropanın məhz bu hissəsinin enerji təchizatı üçün mühümdür", – deyə o, qeyd edib.
Avropalı qonaq həmçinin dekarbonizasiya ilə bağlı müəyyən işlər görüləcəyini deyib.
"Biz ənənəvi enerji mənbələrdən istifadə etməklə metan emissiyalarının azaldılması istiqamətində addımlar atacağıq. Bilirik ki, Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin ölkədir və biz bu sahədə də Azərbaycan a dəstək vemrəyə hazırıq. Əminliklə deyə bilərəm ki, bu istiqamətdə Azərbaycanla apardığımız müzakirələrdən razı qaldım", – deyə o, qeyd edib./report/
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var