Kafedra müdiri dünyasını dəyişdi
Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnarə İbrahim qızı Qurbanova vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Universitetin yaydığı məlumatda deyilir.
Gülnarə İbrahim qızı Qurbanova 1962-ci il 16 iyul tarixində Bakı şəhərində anadan olub. 1979-1983-cü illərdə Azərbayaycan Pedaqoji İnstitutunda ( hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildə "Türk dillərində əvəzliklər və onların mətn yaranmasında rolu" mövzusunda elmi işini müdafiə edib. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilib.
2014-cü ildə Universitet rəhbərliyinin təqdimatı ilə "Tərəqqi" medalına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetinin "Bizim qəzet" aylıq ictimai-siyasi qəzetinin baş redaktoru, monoqrafiya, dərs vəsaiti və onlarla proqramın müəllifidir. Respublika mətbuatında mütəmadi olaraq məqalələrlə çıxışlar edib.
Ailəlidir, 2 övladı var.


Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi