Kağız pulların gigiyenik olmaması rəqəmsal ödənişləri aktual edir

Kağız pulların gigiyenik olmaması rəqəmsal ödənişləri aktual edirKoronavirus pandemiyasının sürətlə yayıldığı bir şəraitdə insanların nağd pula olan tələbatının artdığı müşahidə olunmaqdadır. Bunun obyektiv və psixoloji səbəbləri olsa da hazırki vəziyyətdə kağız pulların insan sağlamlığına təhlükəyaratma riski olduqca yüksəkdir. Kağız pulların dövriyyəsi zamanı onların əldən-ələ keçməsi insanların koronavirusa yoluxma ehtimalını daha da artırır. Tədqiqatlara əsasən adi qrip virusu kağız əskinaslarda canlı və yoluxucu vəziyyətdə 17 gün qala bilər. Bu səbəbdən "Covid-19"-ın yayılmasında nağd pulların mühüm rol oynadığını ehtimal etmək heç bir mübahisə doğurmur. Buna görə də dünya hökumətləri artıq kağız pullar ilə edilən əməliyyatları yenidən nəzərdən keçirməlidirlər. Hazırda Çin hakimiyyəti "COVID-19" izləri olma ehtimalı olan kağız pulları dezinfeksiya və məhv edir. ABŞ Federal Ehtiyyatlar Sistemi isə yoluxmuş pulların ölkəyə daxil olmasından ehtiyat tədbir olaraq on gün ərzində Asiya və Avropadan daxil olan nağd dollara karantin tətbiq etdi.
Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, mövcud şəraitdə "Covid-19" pandemiyası rəqəmsal ödənişləri əsas ödəniş üsuluna çevirməyə kömək edəcək mühüm katalizator rolunu oynaya bilər. Nəzərə almaq lazımdır ki, hazırda Avropa ölkələrində (xüsusilə İtaliya və İspaniya) koronavirus pandemiyası daha sürətlə yayılmaqdadır. Bu, fatk artıq rəqəmsal ödənişləri daha da aktual edir. Lakin buna baxmayaraq Avropanın nüfuzlu banklarından biri olan "Deutsche Bankı"-ın cari ilin yanvar ayında apardığı araşdırmaya əsasən, inkişaf etmiş ölkələrdə yaşayan respondentlərin üçdə biri nağd pulu ən çox seçilən ödəniş metodu adlandırıb, yarıdan çoxu isə kağız pulların həmişə istifadədə olacağına inandıqlarını qeyd ediblər. Təbii ki, bu tip dərin köklü vərdişləri sosial sarsıntı yaratmadan dəyişdirmək üçün müəyyən vaxt lazım olacaq. Bununla belə Avropada rəqəmsal ödəmə sektorunda fəaliyyət göstərən hər hansı bir böyük maliyyə və ya texnologiya şirkəti yoxdur. Buna görə də Avropalı istehlakçılar ABŞ-ın PayPal, Apple Pay, Google Pay kimi ödəniş servislərinə etibar etməyə məcburdurlar.
global-digital-payment-marketKoronavirus pandemiyasının yayılması və mağazalardakı nağdsız ödəniş formalarının artan populyarlığından əlavə, insanların rəqəmsal ödənişlərə keçmək istəməsinə başqa faktorlar da təsir edir. Deutsche Bank tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, insanların rəqəmsal ödənişlərə keçid qərarına təsir edən və mühüm rol oynayan faktor - rahatlıq amilidir. Rəqəmsal cüzdanlar pulsuzdur və istifadə qaydaları elə də çətin deyil. Bundan əlavə, rəqəmsal ödənişlərə keçid xərcləri izləməyə və büdcənizi idarə etməyə də kömək edir. Təhlükəsizlik baxımından isə nağd puldan imtina etmək vəsaitlərinizin fiziki oğurlanmasının qarşısını alır.
Çindən kənarda mövcud pandemiya böhranı hələ ki, əksər ölkələri nağd pulların dezinfeksiya və ya məhv edilməsinə, həmçinin yenidən çap olunmasına məcbur etməyib. Lakin "Covid-19" hər əsrdə bir dəfə baş verən dəhşətli pandemiyaya çevrilə bilər. Məşhur milyarder Bill Gates "New England Journal of Medicine" jurnalında dərc edilən məqaləsində bununla bağlı xəbərdalıq etmişdi. O, hesab edir ki, yüz ildə bir dəfə yaranan bir pandemiya ilə mübarizə aparmaq üçün yüz ildə bir dəfə verilən qərarlar qəbul etmək lazımdır. Belə qərərlardan biri də rəqəmsal ödənişlərə qaçılmaz keçidi sürətləndirməkdir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 29 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler