Kamaləddin Qafarov: Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək

Kamaləddin Qafarov: Kəlbəcər, Laçın, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız gülüstana çevriləcək"Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır. Digər tərəfdən də, bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin göstəricisi kimi çıxış edir. Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər isə iqtisadi əhəmiyyəti ilə bərabər, həm də böyük siyasi önəm kəsb edir. Dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur." Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına etdikləri tarixi səfər də həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyırdı. K. Qafarovun sözlərinə görə, Ermənistan rəhbərliyinin hələ də Azərbaycanla sülh müqaviləsini imzalamaması, Azərbaycan-Ermənistan sərhəddində təxribatlara yol verilməsi, ara-sıra eşidilən təhdid xarakterli bəyanatlar bunu deməyə əsas verir ki, revanşist əhval-ruhiyəli qüvvələr hələ də Ermənistanda müəyyən mövqelərə sahibdir. Bu qüvvələr özləri ilə bərabər bütün ölkəni və və erməni xalqını yeni fəlakətlərə doğru sürükləməkdə davam edirlər. Əlbəttə, Azərbaycan heç bir ölkənin daxili işlərinə qarışmır. Lakin əgər Ermənistanın daxilində gedən proseslər hər hansı bir formada Azərbaycanın maraqları ilə ziddiyyət yaradarsa, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir şəkildə təhdid əlamətləri ortaya çıxarsa, o zaman Azərbaycan buna dərhal adekvat reaksiya verəcək."
Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxış və müsahibələrində, o cümlədən Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində etdiyi çıxışında da bunu dəfələrlə vurğulayıb. Möhtərəm Prezidentimiz səfər zamanı Basarkeçər-Kəlbəcər yolunda olarkən bu sözləri dedi: "Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu" deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşlar. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, onlar da deportasiyaya məruz qalmışlar.
Ermənilər bilməlidirlər ki, onlar bu gün məşhur atalar sözündə deyildiyi kimi, gəmidə oturub gəmiçi ilə dava edən sərnişin statusundadırlar. Onlar anlamalıdırlar ki, Ermənistan adlandırdıqları ölkə, ümumiyyətlə, bircə qarış belə olsun tarixi ərazilərə sahib deyil.
Kamaləddin Qafarov dövlət başçısının Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində baş tutan açılışların və təməlqoyma mərasimlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin yüksək sürətlə həyata keçirildiyinin göstəricisi olduğunu vurğulayaraq demişdir: "Kəlbəcər və Laçın rayonlarına səfər çərçivəsində ölkə Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometrdir. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilmişdir.
Dövlət başçının Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində iştirak etdiyi ən önəmli təməlqoyma mərasimi, Laçın rayonu Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanının ərazisində oldu. Sözsüz ki, burada aeroportun tikilməsi bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Eyni zamanda, Laçın hava limanının inşası işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin həqiqətən də böyük miqyasa malik olduğunu göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu iri logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı ucbatından bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa Azərbaycan Prezidenti tərəfindən ciddi şəkildə nəzarət olunur."

Siyasi       Tarix: 21 avqust 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər.az cəbhədən son durum bu gunun xeberleri haqqinda melumat son xeberler bugun 2026 azerbaycan