Kannda ödənişsiz sualtı incəsənət muzeyi açılıb - FOTO
Kannda ödənişsiz sualtı incəsənət muzeyi açılıb - FOTO
Fransız Rivyerasında, Kannda yeni sualtı incəsənət muzeyi açılıb.
"Lonely Planet"in verdiyi məlumata görə, muzey Sent-Marqerit (Sainte-Marguerite) adasının yaxınlığında yerləşir və demək olar ki, iki metr hündürlükdə üz görünüşündə altı heykəldən ibarətdir.
Bunlar yerli sakinlərin, məsələn, 80 yaşlı balıqçının və ya doqquz yaşlı ibtidai sinif şagirdinin "portretləridir".
Heykəllər üç metrə qədər dərinlikdə yerləşir və hər birinin çəkisi təxminən 12 tondur.
Bu abidələri yaratmaq üçün britaniyalı sualtı rəssam Ceyson Deker Teylor dörd il vaxt sərf edib. Onlar Teylorun Aralıq dənizindəki ilk əl işi olub.
Hər bir heykəl üçün zərərli çirkləndiricilər ehtiva etməyən, zəhərli olmayan, pH neytral sementdən istifadə edilib. Bu əsərlər əslində mərcan, balıq və xərçəngkimilərin yaşaya biləcəyi süni qayalardır.
Onlar bura qayıqla gətirilib və dalğıclar tərəfindən kranların köməyi ilə quraşdırılıb. Dalğıclar artıq muzeyə giriş haqqı ödəmədən onların aralarında üzə bilərlər.
/oxu.az
f PaylaşTurlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb