Kapital Bank data mövzusunda unikal tədbirlərə start verir

Kapital Bank data mövzusunda unikal tədbirlərə start verirÖlkənin birinci bankı Kapital Bank "SUP.VC" şirkəti ilə birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı unikal tədbirlərə start verir.
azxeber.com xəbər verir ki, il sonunadək 6 tədbiri əhatə edəcək layihə "Data talks", "Data workshop", "Data panel" formatında olacaq.
Layihə çərçivəsində baş tutacaq ilk tədbirin mövzusu "Data sahəsində yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi"dir. Sahənin peşəkarları tərəfindən müzakirə ediləcək mövzu iştirakçılara böyük məlumatların yerləşdirilməsi və idarə olunması sahəsində yeni və maraqlı təcrübələrlə tanışlıq imkanı qazandıracaq. Tədbir verilənlər bazası ilə məşğul olan mütəxəssislər və bu sahə ilə maraqlanan şəxslər arasında əlaqə və təcrübə mübadiləsi imkanı yaradır.
İlk tədbirin eksperti yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi mövzusunda 20 ildən çox təcrübəyə sahib mütəxəssis Kamran Ağayevdir. O, "Oracle Database" sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. Onun ABŞ-da "Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları" və "Oracle Certified Master imtahanına hazırlıq" adlı 2 kitabı nəşr olunub. Dünyanın əksər ölkələrində beynəlxalq konfranslarda çıxış edən Kamran Ağayev "Oracle" şirkəti tərəfindən dünyada sayı 120-dən az olan "Oracle ACE Director" mükafatına layiq görülüb.
Layihənin davamı olaraq baş tutacaq növbəti tədbirlərdə yerli mütəxəssislərlə yanaşı Özer Günal və Bora Sezen kimi beynəlxalq ekspertlər də iştirak edəcəklər.
"Data talks" 19 sentyabrda Elektron Hökumətin İnkişaf Mərkəzində, Atatürk prospekti 89A ünvanında baş tutacaq. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir:   
Qeydiyyat sayı məhduddur. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün —, Birbank kartı sifarişi üçün — .

İqtisadiyyat       Tarix: 14 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun xeber.az şou biznes xəbərləri cəbhədən ən son xəbər