Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandı

Kapital Bank-ın baş ofisindən 51 kq işlənmiş batareya toplandıQırmızı Ürəklər Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində növbəti dəfə istifadəyə yararsız elektrik batareyalar toplanaraq təhvil verilib. Layihə çərçivəsində bu dəfə Kapital Bank-ın baş ofisindən ümumilikdə 51 kq işlənmiş batareya könüllülərin iştirakı ilə təhvil götürülərək "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təqdim olunub.
1 may 2022-ci ildən etibarən həyata keçirilən layihənin əsas məqsədi işlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərinin qarşısını almaq, onların düzgün şəkildə çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsini təmin etməkdir.
Layihə çərçivəsində Bakıda və regionlarda dövlət qurumları, şirkətlər, market şəbəkələri, təhsil müəssisələri, banklar və hotellər daxil olmaqla 500-dən çox təhvil məntəqəsi yaradılıb. Son 4 il ərzində bu məntəqələr vasitəsilə ümumilikdə 4 tondan çox işlənmiş batareya toplanıb.
"Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi ətraf mühitin mühafizəsinə diqqət çəkməklə yanaşı, cəmiyyətdə ekoloji məsuliyyətin və düzgün tullantı idarəçiliyi vərdişlərinin formalaşdırılmasını da təşviq edir. Layihə çərçivəsində vətəndaşlar istifadəyə yararsız batareyaları xüsusi təhvil məntəqələrinə təqdim edərək ətraf mühitin qorunmasına töhfə verə bilərlər.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 09 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az