Kapital Bank-ın dəstəyi ilə 4-cü "YAŞA" Mərkəzi istifadəyə verildi

Kapital Bank-ın dəstəyi ilə 4-cü Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi və təqaüd dövrünün daha fəal keçirilməsi məqsədilə "Üçüncü Bahar" İctimai Birliyinin "YAŞA" Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bu istiqamətdə 4-cü "YAŞA" Mərkəzi paytaxt Bakıda istifadəyə verilib.
Yeni mərkəz, İçərişəhər və ətraf ərazilərdə yaşayan yaşlı insanlar üçün sosial əlaqələrin gücləndirilməsi, birgə öyrənmə və paylaşma mühitinin yaradılması, həmçinin fəal həyat tərzinin təşviqi sahəsində vacib layihələrin həyata keçirilməsini hədəfləyir. Burada yaşlıların bir araya gələrək öz bacarıqlarını inkişaf etdirmələri, həyat təcrübələrini bölüşmələri və özlərini cəmiyyətin aktiv üzvü kimi hiss etmələri üçün bütün lazımi şərait yaradılıb. Mərkəzin xidmətlərindən yararlanmaq istəyən şəxslər (+99450)343-44-14 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
2017-ci ildən etibarən "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə çərçivəsində ötən dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Artıq 9 ildir ki, Kapital Bank-ın dəstəyi ilə Bakı, Mingəçevir və Şamaxı şəhərlərində "YAŞA" Mərkəzlərinin uğurlu fəaliyyəti təşkil olunur. Bank əməkdaşlarının mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar öyrədilib. Bu təşəbbüs Kapital Bank-ın yaşlı nəslin həyat keyfiyyətinin artırılmasına, onların cəmiyyətə inteqrasiyasına və sağlamlığının qorunmasına yönələn davamlı sosial məsuliyyət fəaliyyətinin növbəti addımıdır.
"YAŞA" Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər təşkil olunur. Proqramlara qurama, toxuma, ingilis dili, rəsm, musiqi və digər yaradıcılıq fəaliyyətləri daxildir. Bununla yanaşı, informasiya sessiyaları, master-klasslar və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və bacarıqlar qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasına, onların gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə xidmət edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / azxeber.com

İqtisadiyyat       Tarix: 07 yanvar 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu