Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdiÖlkənin birinci bankı Kapital Bank tərəfindən fond bazarına təqdim edilən ümumi həcmi 50 milyon manat olan istiqrazların yerləşdirilməsi 5 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında başa çatıb.  
Kapital Bank istiqrazlarına həm fiziki, həm də hüquqi şəxslər tərəfindən yüksək maraq göstərilib. Belə ki, abunə yazılışında toplanan sifarişlərin həcmi buraxılış həcmindən 3 dəfəyə yaxın çox olub.  
Abunə yazılışına ümumilikdə 330-dan çox investor tərəfindən 146 milyon manatdan çox  sifariş verilib. Ümumilikdə, istiqrazların alınması üçün 314 fiziki şəxs tərəfindən 57 milyon manatdan çox sifariş verilib ki, onların da 246 nəfəri Birbank Invest tətbiqi vasitəsilə tam rəqəmsal şəkildə abunə yazılışında iştirak edib. 
Kapital Bank istiqrazlarına abunə yazılışı həm Birbank Invest tətbiqi, həm də Kapital Bank/Birbank filialları vasitəsilə həyata keçirilib. Birbank Invest platforması investorlara yerli və xarici maliyyə bazarlarında investisiya əməliyyatlarını tam rəqəmsal şəkildə həyata keçirmək imkanı təqdim edir.
Qeyd edək ki, Kapital Bank istiqrazlarının müddəti 1 il, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz gəlirləri investorlara aylıq ödənilir. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. 
Kapital Bank istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir. 
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 05 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər pensiya ala bilməyəcək

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasınd

Bakıda mal ətinin qiyməti 23 manat oldu - Azərbaycanda niyə heyvan sayı azalıb?

Xəbər verdiyimiz kimi Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər. İqtisadç

Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin

Digər banklarda krediti olan müştərilər üçün Birbank-ın kredit köçürmə kampaniyasının müddəti uzadılıb. 30 sentyabr 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini Birbank-a köçürərə

Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız

Müştərilərinə daima sərfəli kredit təklifləri yaradan Bank of Baku bu dəfə 20 Sentyabr – Neftçilər Günü münasibətilə xüsusi kredit kampaniyasına start verib. . xəbər verir ki, Bank of Baku indi Azərbaycan Dövlət Neft Şirkət

Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı

Mənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biridə yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı vəlokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilinüstünlüy

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Son dövrdə nağdsız ödənişlərdə tətbiq olunan gündəlik köçürmə limitləri alıcılarla yanaşı, sahibkarların da gündəlik iş prosesinə təsirsiz ötüşmür. xəbər verir ki, Yelo Bank sahibkarlara bu çətinlikləri geridə qoyaraq bizneslərin

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - FOTOLAR

"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib

Onların maaşı arta bilər

Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurla

Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqa


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler xəbər en son xeberleri cəbhədən görüntülər