Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıbÖlkənin birinci bankı Kapital Bank 2026-cı ilin III rübü üzrə maliyyə hesabatını təqdim edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% yüksəlib və 13 milyard 919 milyon 541 min manata çatıb.
2026-cı ilin ilk doqquz ayında bankın cəmi gəlirləri 12,8% artaraq 1 milyard 510 milyon 119 min manat təşkil edib. Artım həm faiz, həm də qeyri-faiz gəlirləri hesabına formalaşıb. Belə ki, faiz gəlirləri 12,8% artaraq 986 milyon 294 min manat, qeyri-faiz gəlirləri isə 13% artaraq 523 milyon 825 min manat olub.
Bankın xalis mənfəətində isə 29,6% artım qeydə alınıb və 297 milyon 4 min manat olub. Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici 229 milyon 129 min manat təşkil edib.
Kapital Bank-ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 17,7% artaraq 6 milyard 391 milyon 310 min manata yüksəlib. Artım əsasən biznes və istehlak kreditləri hesabına təmin edilib. Belə ki, biznes kreditləri 33,1% artaraq 2 milyard 266 milyon 953 min manata, istehlak kreditləri isə 12,9% artaraq 3 milyard 536 milyon 895 min manata çatıb.
Bankın depozit portfeli 18,9% artaraq 10 milyard 305 milyon 862 min manat təşkil edib. Bu dövrdə fiziki şəxslərin depozitləri 32,4% artaraq 4 milyard 95 milyon 139 min manata, hüquqi şəxslərin depozitləri isə 11,3% artaraq 6 milyard 210 milyon 723 min manata yüksəlib.
2026-cı ilin III rübünün sonuna bankın məcmu kapitalı 12,4% artaraq 1 milyard 221 milyon 237 min manata çatıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 1 milyard 86 milyon 332 min manat təşkil edib. 
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 14 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,38% artara

AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Radius "Canlı əfsanələr" layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir

Radius ölkəmizin tarixində və cəmiyyətində xüsusi iz qoymuş görkəmli şəxsiyyətlərə həsr olunan "Canlı əfsanələr" layihəsinin 2026 kolleksiyasını təqdim edir. xəbər verir ki, 2026 kolleksiyası Azərbaycan futbolund

AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World"

"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirilib. xəbər verir ki, "Kavkaz Logistics"in baş sponsorluğu, "Premiu

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR

Oktyabrın 1-də ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru Natiq Baxışovun iştirakı ilə işgüzar səhər yeməyi keçirilib. xəbər verir ki, görüşdə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasını

Bu vətəndaşların kredit borcu silinəcək

Kredit götürən hər bir vətəndaşı çətin maliyyə vəziyyətinə düşdükdə borcun silinməsi ehtimalı və bunun hüquqi əsasları maraqlandırır. Azərbaycan qanunvericiliyinə əsasən, bank kreditlərinin avtomatik bağışlanması mexanizm

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər

Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası işə başlayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızısta


son xeberler azerbaycan xeberleri yeni xeberler ensonxeberler xeberler hava kriminal xeberler