"Kapital Bank" "Maliyyə lizinqi" məhsulu təklif edir
"Kapital Bank" ASC hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bizneslərini inkişaf etdirmək üçün yeni "Maliyyə lizinqi" məhsulunu təqdim edir. Yeni məhsul vasitəsilə hüquqi şəxslər və sahibkarlar kənd təsərrüfatı, tibbi, tikinti, sənaye təyinatlı xüsusi texnikaların, nəqliyyat vasitələrinin və avadanlıqların alınmasını həyata keçirə bilərlər.
Maksimal olaraq 5 il müddətinə verilən "Maliyyə lizinqi" kreditdən daha sərfəli olmaqla aşağı illik faiz dərəcəsi ilə təklif edilir. Müqavilənin vaxtı bitdikdən sonra isə lizinqlə alınan əmlak sahibkara qalır.
Bu məhsulu əldə edərkən əlavə girov tələb edilmir, ödəniş qrafiki isə müştərinin istəyinə uyğun tərtib edilir. Yeni məhsulu həm "Müştəri Bank" vasitəsilə onlayn, həm da "Kapital Bank"a müraciət etməklə almaq olar. Həmçinin lizinqlə satış etmək istəyən şirkətlər Bankla əməkdaşlıq edə bilər.
"Kapital Bank"ın KOS müştəriləri üçün nəzərdə tutulan "Müştəri Bank" sistemi vasitəsilə lizinq və digər məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı var. Bu məhsulu almaq istəyənlər linkinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR