Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Kapital Bank nümayəndələri Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən "Sibos 2026" beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla 30-dan çox işgüzar görüş keçiriblər.
İlk dəfə Mayami şəhərində keçirilən konfransın əsas mövzusu "Digital finance for AI-driven economies" ("Süni intellekt əsaslı iqtisadiyyatlar üçün rəqəmsal maliyyə") olub. Dörd gün davam edən tədbirdə "Süni intellekt və innovasiyalar", "Ödənişlər", "Ticarətin maliyyələşdirilməsi", "Rəqəmsal aktivlər", "Kibertəhlükəsizlik", "Məlumatların idarə edilməsi" və "Maliyyə sektorunda dayanıqlılıq" kimi mövzular müzakirə edilib.
Kapital Bank nümayəndələrinin keçirdiyi görüşlər beynəlxalq tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyıb. "Sibos" kimi qlobal platformalar banklara beynəlxalq maliyyə sektorundakı yenilikləri yaxından izləmək, tərəfdaşlarla fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.
Kapital Bank beynəlxalq maliyyə platformalarında iştirakı və tərəfdaşlıq əlaqələrinin inkişafı vasitəsilə müştərilərinə təqdim etdiyi xidmət və imkanları genişləndirməyə yönəlmiş fəaliyyətini davam etdirir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 05 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Oman və Azərbaycan sahibkarları bir araya gəldi – FOTOLAR

Oman Sultanlığının Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun (RIYADA) sədri və Marsol Group arasında görüş baş tutub. xəbər verir ki, görüş çərçivəsində RIYADA-nın sədri Halima Al, Marsol Group və partnyor şirkətləri

Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda yerli banklarda debet kartlarının satışına məhdudiyyət qoyulması ilə bağlı məlumatlar gündəmə gəlib. Azərbaycan Banklar Assosiasiyası (ABA) yayılan məlumatlarla bağlı açıqlama verərək tətbi

Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir

Bu il 30 yaşını qeyd edən Azercell yubiley sevincini abunəçiləri ilə bölüşür. Şirkət bu əlamətdar tarix münasibətilə "30 il səninlə" lotereyasına start verir. Şəhərin mərkəzində mənzil, Toyota Corolla Cross avtomobilləri

"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR

23 sentyabr tarixində "27 sentyabr – Anım Günü"nə həsr olunmuş "Bir damla qan, min ümidə can" devizi ilə keçirilən qanvermə aksiyasının ilk ünvanı Lənkəran-Astara bölgəsi olub. xəbər verir ki, aksiya çərçivəsind

İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir

Bir neçə gün öncə mədən sənayesi üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Burada bir çox tədbirlər nəzərdə tutulur. Bu, bizim inkişafımızın əsas istiqamətləridir. Bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiy

Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit

Yeni ev almaq istəyirsən, amma qarşıda bircə mənzil yox,çoxlu sual dayanır: harada olsun, neçə otaqlı olsun, hazır olsun, yoxsatikintidən seçim edilsin? Əslində, seçim imkanları nə qədər çoxdursa, sənəuyğun mənzili tapma

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etməsi növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağ

ADNSU "THE World University Rankings 2027" reytinqində ümumi göstəricisini 19,3 faiz artırıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) THE World University Rankings 2027 reytinqində əsas göstəricilər üzrə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Universitet ümumi göstəricisini əvvəlki illə müqayisəd

Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir

Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. "Azercell" mobil tətbiqində istifadəyə verilən yeni "Oyun Portalı" müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir. 


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu qun cəbhədən canlı bu gunun xeberleri ensonxeberler