Kapital Bank' tələbələr üçün yeni layihə təqdim etdi
Təhsil inkişafına və gənclərin karyera inkişafına böyük önəm verən "Kapital Bank" ASC ali məktəb tələbələri üçün yeni layihəyə başladı. Bu dəfəki layihədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edib, qalib ola bilərlər.
Şərtlərə görə komanda şəklində yığılan tələbələr maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparacaqlar. Layihə çərçivəsində toplanan ideyalar daxili ekspert qrupu tərəfindən dəyərləndiriləcək və hər birində maksimum 3 nəfər olmaqla ümumilikdə 15 komanda növbəti mərhələyə adlayacaq.
Layihənin sonunda qalib gələn komanda xüsusi sertifikat və pul mükafatı ilə təltif olunacaqlar, həmçinin ölkə üzrə ən çox sayda əməkdaşı olan "Kapital Bank"da təcrübə proqramı keçmək şansı qazanacaq. 10 aprel 2022-ci il tarixinədək ideyalarını təqdim etmək istəyənlər saytında olan formanı dolduraraq, müraciət edə bilərlər. Layihə ilə bağlı sualları mailinə ünvanlamaq olar.
"Kapital Bank" həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə "Karyera günləri", müxtəlif konfranslar, təcrübə proqramlı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün ötən ay "PAŞA Holdinq" MMC ilə birgə "PASHA HACKATHON" layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , "BirKart" sifarişi üçün – .





Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR