"Karantin yumşaldılandan sonra ikinci dalğanı görə bilərik" - XƏBƏRDARLIQ

"Karantin yumşaldılandan sonra ikinci dalğanı görə bilərik" - XƏBƏRDARLIQDünyanın və Avropanın bir çox ölkələrində karantin rejimi yumşaldıldı və nəticədə yoluxma sayı artdı. Bunu ikinci dalğa kimi qiymətləndirirlər.
Bunu Mili.Az-a açıqlamasında Sumqayıt Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar Avropa ölkələri daxil olmaqla, dünyanın bir çox ölkələrində COVİD-19 pandemiyasının yenidən alovlanması və ikinci dalğanın başlaması hadisəsini şərh edərkən deyib.
"Karantin yumşaldılandan sonra ikinci dalğanı görə bilərik" - XƏBƏRDARLIQO bildirib ki, karantin yumşaldılandan sonra əgər qaydalara əməl olunmasa, eyni vəziyyəti biz də yaşaya bilərik:
"Bizdə isə, hələ ki, sərt karantin rejimi davam etdiyinə görə yoluxma sayı aşağı düşür. Amma yenə də karantinin yumşaldılması məsələsi ortada var. Karantin yumşaldılandan sonra əgər qaydalara əməl olunmasa, eyni vəziyyəti biz də yaşaya bilərik. Çünki bilirsiniz, yaydır, insanlar çimərliklərə axın etməyə başlayacaqlar, açıq havada daha çox olacaqlar.
Bizdə də eyni mənzərə müşahidə oluna bilər
Sağlamlıq baxımından açıq havada olmaq, çimərliyə getmək, təbii ki, bizə lazımdır. Amma əgər orada sıxlıq yaransa, məsafələri gözləməsək, adi əl gigiyenası qaydalarına əməl etməsək, bu zaman bizdə də eyni mənzərə müşahidə oluna bilər. Yəni, bizdə də yoluxma sayı arta bilər. Bu baxımdan eyni taleyi yaşamamaq üçün daha diqqətli davranmaq lazımdır. Çünki biz, ümumiyyətlə, bu virusla yaşamağı öyrəşəcəyik. Tək-tük hallarda da olsa zamanla yoluxmalar müşahidə olunacaq. CDC-nin (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi - Centers for Disease Control and Prevention) son məlumatında gördük ki, yenidən yoluxma, təkrar yoluxma məsələsi xəstələrin bu ilk 3-6 aylıq dönəmdə müşahidə edilən neqativ olan xəstələrin yenidən "pozitiv"ləşməsi halları COVİD 19-a yenidən yoluxma kimi dəyərləndirilmədi. Bu, eyni xəstənin xəstəliyinin davam etməsi halı kimi dəyərləndirildi.
"Karantin yumşaldılandan sonra ikinci dalğanı görə bilərik" - XƏBƏRDARLIQBiz yenə o biri ölkələrin taleyini yaşaya bilərik
CDC-i, hələ ki, 3-6 aylıq müddətdə yenidən yoluxma ehtimalı yoxdur kimi məlumat yayır. Bu isə bizdə ona ümid yaradır ki, qaydalara əməl etsək, yoluxma sayı az qala bilər, azala bilər və daha da azaldıqca biz koronavirusun öhdəsindən gəlmiş hesab oluna bilərik. Amma yenə də bunlar asılı olacaq fərdlərdən. Onların nə dərəcədə gigiyena qaydalarına əməl etməsi, nə dərəcədə məsafə gözləməsi... Təbii ki, karantin qaydaları yumşaldılandan sonra yenə də gedib restoranlarda sıx şəkildə otursalar, çimərliklərdən yaxın-yaxın faydalansalar, təbii ki, bu halda yenə yoluxma sayı arta bilər və biz yenə o biri ölkələrin taleyini yaşaya bilərik". 
İnfeksionist-hepatoloq qeyd edib ki, virusların daha aktivləşəcəyini nəzərə alsaq, yoluxmanın daha da artacağını gözləmək olar:
"Bizdə yoluxanların sayının azalması yumşaldılma ehtimalını artırır. Təbii ki, bunu gedişatda görəcəyik. Payızda virusların daha aktivləşəcəyini nəzərə alsaq, yoluxmanın daha da artacağını görə bilərik.
"Karantin yumşaldılandan sonra ikinci dalğanı görə bilərik" - XƏBƏRDARLIQOna görə ki, həm fəsil dəyişkənliyi, havaların soyuması və insanlar birdən-birə başlayırlar açıq məkanlardan qapalı məkanlarda sıx toplaşmağa, evdə otaqların havalandırılması azalır, çünki pəncərələri havalar soyuduqca daha çox bağlayırlar, eyni otaqda daha çox adam toplaşmağa başlayır, məsafə gözlənilmir və s. Belə olduğu halda, təbii ki, yuxarı tənəffüs yollarının virus infeksiyalarına yoluxma ehtimalları yüksəlir, eyni şəkildə də COVİD-ə yoluxma ehtimalı arta bilər".
Təhməz Təkin
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son.xeber sonxabar cəbhədən görüntülər