Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA + VİDEO
Karantində olan Azərbaycan idmançıları - ARAŞDIRMA + VİDEO
Hazırda Azərbaycanda üç minə yaxın insan koronavirusla bağlı karantində saxlanılır. Bunların arasında peşəkar idmançılar da var.
Oxu.Az mövzu ilə əlaqədar araşdırma aparıb. Məlum olub ki, hazırda yeddi idmançı karantindədir.
Onlar hotellərin birində yerləşdiriliblər. Karantində olanlardan biri pauerliftinq millimizin üzvü Hafiz Verdiyevdir.
Pauerliftinq üzrə dünya çempionumuz şəxsi işi ilə bağlı getdiyi Belarusun paytaxtı Minskdən martın 21-də qayıdarkən karantinə alınıb. 2017-ci ildə ölkə başçısı tərəfindən mənzillə, bu ayın əvvəlində isə Gənclər və İdman Nazirliyi tərəfindən Respublika dərəcəli hakim adı ilə təltif olunmuş Hafiz Verdiyev, böyük ehtimalla, aprelin 3-də evinə buraxılacaq.

Karantində qalan digər idmançılarımız isə Azərbaycan Qocu-Ru Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının idmançılarıdır. Bunlar Yusif Əhmədov, Məhəmməd Allahverdiyev, Müşviq Həzili, Ramin Kazımov, Tural Quliyev və Şəms Əhmədovadır. Həmin federasiyanın prezidenti, yeniyetmə, gənclər və kişilər arasında komandaların baş məşqçisi Tarverdi Allahverdiyev də onların arasında olsa da, dünən artıq evinə buraxılıb.
İdmançılara gəlincə, onlar Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş yarışda iştirak ediblər. Martın 19-u səhər xüsusi reyslə Bakıya qayıdıblar. Karantin müddətində onlarda koronavirusun simptomları üzə çıxmazsa, aprelin əvvəllərində evə buraxılacaqlar.



Səbuhi Musayev
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb