Karantinə görə başqa ölkədə qalan tələbə vətəninə velosipedlə qayıtdı - FOTO
Karantinə görə başqa ölkədə qalan tələbə vətəninə velosipedlə qayıtdı - FOTO
Yunanıstandan olan tələbə Kleon Papadimitriu uçuşların ləğvi səbəbindən Şotlandiyada ilişib qalsa da, bu, onu ruhdan salmayıb və o, doğma Afinasına velosipedlə qayıdıb.
CNN-nin məlumatına görə, gənc 48 gün yol gedib.
Aberdin Universitetinin tələbəsi mart ayında vətəninə qayıtmalı idi. Tələbələrin çoxu evinə getmişdi, Kleon isə dərsləri buraxmaq istəmədiyindən, bir müddət də qalmaq qərarına gəlib. Lakin sonradan uçuşlar ləğv olunub.
Bundan sonra gənc Yunanıstana velosipedlə qayıtmaq qərarına gəlib. Bu barədə ailəsinə dedikdə, onlar bunun sadəcə müvəqqəti fikir olduğunu düşünüblər. Atanın qoyduğu yeganə şərt isə oğlunun telefonuna yerini müəyyənləşdirməyə imkan verəcək tətbiq yükləməsi olub.
Kleon çörək, balıq konservləri, fıstıq yağı və çadır götürərək, mayın 10-da səfərə başlayıb. O, velosipedlə İngiltərəni, Niderlandı, Almaniyanı, Avstriyanı keçib, İtaliyanın şərq sahilindən isə qayıqla Yunanıstanın Patra limanına gedib. Buradan da velosipedlə Afinaya kimi yürüş edib.
Yol boyunca o, meşə və düzənliklərdə çadırda gecələyib, bəzən Avropa ölkələrində olan dostlarının evlərində də qalıb.
Səfəri haqqında danışan Kleon bildirib ki, bunun sayəsində komfort zonasından çıxmağı bacarıb və öz gücünə inamı artıb.










Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb