Kardioloq insult riskini azaltmağın yolunu açıqladı
Kardioloq insult riskini azaltmağın yolunu açıqladı
"Gənclərdə insultun səbəbi çox vaxt aşağı fiziki aktivlik və düzgün olmayan qidalanmadır".
Bunu rusiyalı kardioloq və gerontoloq, tibb elmləri namizədi Yuri Konev deyib.
Professor qeyd edib ki, insult riskini azaltmağın əsas yolu dispanserizasiyadır.
"Rafinə edilmiş qidalara və fastfuda olan aludəçilik qida balansının pozulmasına səbəb olur, bu da öz növbəsində lipid mübadiləsinin pozulmasına gətirib çıxarır. Bu, damarlarda aterosklerotik dəyişikliklərin erkən formalaşması ilə nəticələnə bilər", - deyə həkim izah edib.
Bundan əlavə, insulta genetik meyillilik də az rol oynamır. Həmçinin qan təzyiqinə nəzarət etmək də vacibdir.
Həkim gənc yaşdan başlayaraq düzgün qidalanmağı, fiziki fəaliyyəti unutmamağı və mütəmadi olaraq tibbi müayinədən keçməyi tövsiyə edib.
"Fiziki parametrləri yoxlamaq, gənc yaşlarda təzyiqi ölçmək, EKQ-yə baxmaq lazımdır", - deyə həkim bildirib.
Konevin sözlərinə görə, çox vaxt qan analizi kifayət edir.
Mütəxəssis gecə normal yatmağın vacibliyini də vurğulayıb. O, melatoninin orqanizmdə yalnız qaranlıqda yuxu zamanı əmələ gəldiyini və onun çatışmazlığının təzyiqin tənzimlənməsinə böyük təsir göstərdiyini izah edib.
Mənbə: RT / oxu.az

Azercell yeni nəsil "Alfa Plan" tariflərini təqdim edir
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
Paytaxtın bu rayonlarında işıq kəsiləcək
Yeni mövsümə hazırlaşan "Sumqayıt"ı kimlər sınağa çəkəcək?
Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA
Paşinyan Rusiyaya getdi
İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu vurdu
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı
Məhərrəm ayı nə vaxt başa çatır?
Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidir