Karni ABŞ-nin sülh planı üzrə Zelenski ilə danışıqlar aparıldığını açıqlayıb
Kanadanın Baş naziri Mark Karni bildirib ki, bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq. Bu, ABŞ tərəfindən təklif olunan sülh planının müzakirəsi üçün tərəfdaş ölkələrin təhlükəsizlik üzrə müşavirlərinin bu gün Cenevrədə keçirilən görüşü fonunda baş tutacaq.
azxeber.com "Report"a istinadən xəbər verir ki, Kanada Baş naziri bunu Yohannesburqda keçirilən G20 sammitində jurnalistlərə açıqlamasında deyib.
Karninin sözlərinə görə, Avropa və digər Qərb liderləri 28 bənddən ibarət planı gələcək işlər üçün əsas kimi qiymətləndirirlər.
"Onların ümumi mövqeyi şənbə günü Vaşinqtona çatdırılıb. Sonrakı işlər milli təhlükəsizlik üzrə müşavirlərimiz tərəfindən həyata keçirilir. Mən bu məsələ ilə bağlı bəzi məqamları aydınlaşdırmaq üçün günün sonunda prezident Zelenski ilə danışacağam", – deyə o bildirib.
Karni həmçinin sülh planına münasibətini də açıqlayıb: "Bizə 1-ci bənd xoşdur. Ukraynanın suveren dövlət kimi tanınması yaxşı başlanğıcdır".
O əlavə edib ki, bazar günü Cenevrədə bir sıra digər məsələlər müzakirə olunacaq və nəticələr Vaşinqtona təqdim ediləcək.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib