Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manatAzərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.
azxeber.com Trend-ə istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə müvafiq qərar imzalayıb.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna əsasən, maliyyə institutları tərəfindən minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir.
Yeni qərara görə, yuxarıdakı abzasa uyğun olaraq maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin bir təqvim ili üzrə minimum həddi 20 000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləği müəyyən ediləcək və müştərinin hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatına münasibətdə tətbiq ediləcək.
Qeyd edək ki, burada əsas dəyişiklik elektron pul köçürmələrinin məbləğinin artırılması deyil, həmin həddin hesablanma qaydasının dəyişdirilməsidir. Belə ki, əvvəlki qərarda da minimum məbləğ 20 min manat idi. Yeni qərarla bu hədd bir təqvim ili üzrə müəyyən edilir və müştərinin həmin il ərzində həyata keçirdiyi hər növbəti elektron pul köçürməsi əməliyyatına münasibətdə tətbiq olunacaq.
Həmçinin, öhdəlik daşıyan şəxslər bu qərar qüvvəyə minənədək müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə 2027-ci il dekabrın 31-dək təqdim edilməsini təmin etməlidirlər.
Məlumat üçün bildirək ki, aprelin 21-də imzalanan qərar oktyabr 1-dən qüvvəyə minəcək.

İqtisadiyyat       Tarix: 09 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək

2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, "Azərbayca

Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi

Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin dahada artdığı bir dövrdə, Azərbaycan Hava Yolları son aylarda regiondakı marşrut şəbəkəsinəŞımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyad

"Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Azərbaycanın rəqəmsal ekosistemi Ər-Riyadda diqqət çəkdi – "Bir"dən YENİLİK

Qafqazda bankçılıq, ödənişlər və e-ticarət sahələri üzrə rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş Bir ekosistemi Azərbaycanda istifadəçilərin gündəlik vərdişlərini rəqəmsallaşdırmaq missiyasın

Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?

Kreditgötürərkən adətən məbləğə, faiz dərəcəsinə və aylıq ödənişə diqqət edirik. Amma kredit müddəti ərzində gözlənilməz hadisələr də baş verə bilər.İnsan xəstələnə, əmək qabiliyyətini, işini itirə və ya daha ağır həyat hadisəsiil

Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı

2027-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat olması nəzərdə tutulur. xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatınd

AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü

Bank Respublika-nın beynəlxalq maliyyə təşkilatları ilə uğurlu əməkdaşlığı regionlarda sahibkarlığın inkişafına və bizneslərin maliyyə imkanlarının genişlənməsinə töhfə verməkdə davam edir. Asiya İnkişaf Bankının (AİB) Direktorla

Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI

2027-ci ildə də Azərbaycanda ABŞ dollarının manata nisbətdə məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair məlumatınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər xeberler az bugun xeberler son xeberler bugun