Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
"Kartdan-karta əməliyyatlarına biz hər hansı məhdudiyyət gətirmirik. Söhbət banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı baza həddinə bəlli bir məhdudiyyətlərin tətbiqindən gedir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət yalnız mədaxil hissədəki məhdudiyyətdən (red: 5 dəfədən çox mədaxil olarsa, komissiya tutulacaq) və hər bir məhsul üzrə aylıq 20 min manat mədaxildən gedir: "Razılaşmaya əsasən, ödəniş xidməti istifadəçisinə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil edilməsi limitləşdirilib. Ödəniş aləti istifadəçisinin hər hansı bir məxaric əməliyyatına məhdudiyyət qoymuruq.
Keçmişdə olduğu kimi istənilən ödəniş alətindən istifadə etməklə tam şəkildə öz məxariclərini həyata keçirə bilərlər. Söbət yalnız mədaxil hissədə məhdudiyyətdən və hər bir məhsul üzrə 5 və 20 min manatdan gedir. Bir hesaba bağlıdırsa, biz orada bir ödəniş alətinin ona təqdim edilməsini təklif etmişik. Eyni zamanda, bu əməliyyatların içərisinə onun öz hesabları arasında və yaxın qohumlarına mədaxillərini istisna etmişik".
Xidmetler [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı