Kartdan-karta ödənişlərə qarşı təklif - "Bütün mağazalarda kamera olmalıdır
Kartla ödənişlərə tətbiq olunan yeni limitlərə baxmayaraq, bəzi obyektlərdə kartdan-karta ödəniş üsulundan istifadə hələ də davam edir. Belə hallarda bəzi şəxslər bir neçə bank kartından yararlanır, digərləri isə ödənişləri m10 platforması üzərindən qəbul edir. Bu isə nağdsız ödənişlərlə bağlı tətbiq olunan qaydaların praktikada necə icra olunması məsələsini gündəmə gətirir. Nəticədə kartdan-karta ödənişlərin qarşısının alınması ilə bağlı tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, müxtəlif alternativ üsullardan istifadə halları gündəmdə qalır.
Mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, belə qadağalar tətbiq etməkdənsə, sahibkara üzərinə düşən öhdəlikləri könüllü şəkildə icra etməsi üçün şərait yaradılmalıdır:
"Hansı sahə olmasından asılı olmayaraq, nə qədər qadağa qoyulursa, bir o qədər də qeyri-qanuni alternativ yollar tapılmağa çalışılır. Düşünürəm ki, bu kimi qadağalar tətbiq etməkdənsə, sahibkara şərait yaradılmalıdır ki, o, üzərinə düşən öhdəlikləri könüllü şəkildə icra etsin. Təbii ki, bu, qanunvericiliyin tələblərinin pozulması demək deyil. Bununla yanaşı, sıx monitorinq və ciddi cəzalar tətbiq edilməlidir. Məsələn, elə alış-veriş mərkəzləri var ki, açıq şəkildə deyirlər: "Xalçanın ödənişini karta göndər". POS-terminal istədikdə isə "işləmir", "xarabdır", "batareyası bitib" və s. kimi bəhanələr gətirilir. Bu kimi bəhanələr təkcə bir müştəriyə deyilmir. Gün ərzində mağazaya gələn yüzlərlə müştəri məcbur edilir ki, ya başqa karta ödəniş göndərsin, ya da bankomatdan pul çıxarıb nağd şəkildə gətirsin".
O qeyd edib ki, bütün mağazalara kameralar yerləşdirilsin:
"Bu kimi neqativ halların qarşısının alınması əslində çox sadədir. İlk növbədə, bütün mağazalar kamera sistemi ilə təchiz edilməli və ödənişin həyata keçirildiyi, kassa hissəsinin görsənəcəyi şəkildə yerləşdirilməlidir. İstənilən zaman vergi məmuru həmin görüntüləri asanlıqla uzaqdan izləyə bilməlidir. İkinci məsələ isə ondan ibarətdir ki, əsassız, şikayət olmadan sahibkarı narahat edəcək yoxlamalar, başqa sözlə desək, "insan müdaxiləsi olmadan" yoxlama sistemi tətbiq olunmalıdır".
"Ən vacib məsələ isə odur ki, hər hansı sərt islahatla bağlı qərar verilir, lakin yoxlama və nəzarət mexanizmləri kifayət qədər təmin edilmir. Bu da istehlakçı hüquqlarının pozulması ilə yanaşı, qeyri-qanuni ticarət mühitinin yaranmasına şərait yaradır.
Milli mentalitetdən və ya istehlakçının insafından sui-istifadə edən hər bir sahibkar ciddi şəkildə cəzalandırılmadığı müddətdə qeyri-neft sektorunun inkişafı istənilən səviyyədə təmin edilə bilməz",-deyə ekspert qeyd edib.
Şahanə Ziyad
Xidmetler [newsid: 0-123300]

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı