Kaş onunla vidalaşa biləydik' - Nazənin Elnur Valehdan danışdı

Kaş onunla vidalaşa biləydik' - Nazənin Elnur Valehdan danışdı"Mən çətin zamanlarında ona əlimdən gələn köməyi etdim. Elə bil ən əziz adamımı itirmişəm. Bütün haqqım onun halal xoşu olsun".
Bu sözləri müğənni Nazənin Salayeva azxeber.com-a meyxanaçı Elnur Valehin vəfatı ilə bağlı açıqlamasında deyib.
Xaricdə olduğunu və dəfndə iştirak edə bilmədiyini bildirən sənətçi göz yaşları içində Elnuru xatırlayıb:
"Hazırda ölkədə deyiləm, dəfnə gedə bilmirəm. Bu mənim üçün çox ağırdır. Elə bil bir doğmamı, ən əziz adamımı itirmişəm. Elnur mənə çox doğma insan idi. O qədər mədəni, təmiz, alicənab insan idi ki, heyif ondan. Çox tərk etdi bizi. Gözəl qəlbli insan, şair, bəstəkar idi. Əlimdən heçnə gəlmir indi, çox uzaqdayam. Mütamadi olaraq rayondakı tanışlarla əlaqə saxlayıram, ailəsi ilə danışıram. Əlim heç yerə çatmır. Onun ən çətin zamanlarında hömkarlarından kim ona dəstək olub, ya olmayıb bilmirəm, amma mən ona əlimdən gələn köməkliyi etmişəm. Hər şey ona halal olsun. İnsan elədiyini deməz. Hər dəfə istəyib mənim adımı açıqlasın, mən istəməmişəm. Gedib dəfninə çatsaydım özümü sakitləşdirərdim, kaş onla vidalaşa biləydim. Onu da edə bilmədim. Bir qız övladı qaldı ondan yadigar. Allah onun balasına gözəl günlər nəsib eləsin".
Xatırladaq ki, meyxanaçı Elnur Valeh 6 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı. O bir neçə gün öncə toydan çıxarkən halı pisləşmiş və komaya düşmüşdü. Musiqiçi gecə saatlarında vəfat edib.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 09 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler xeberler krimnal bugun