Kavasaki sindromunun ən qorxulu ağırlaşması...

Kavasaki sindromunun ən qorxulu ağırlaşması...Kavasaki sindromu 5 yaşına qədər uşaqlarda rast gəlinən, dəri səpkiləri, yüksək hərarət, limfa düyünlərinin böyüməsi, ürəyin və iri damarların iltihabı ilə müşayiət olunan xəstəlikdir. İlk dəfə olaraq xəstəliyi ötən əsrin 60-cı illərinin axırlarında yapon psixiatrı Tomisaku Kavasaki aşkar edib.
Milli.Az bildirir ki, bu sözləri həkim-kardioloq Nərgiz Məmmədova AZƏRTAC-a deyib: "Kavasaki sindromu adətən 2 aylıqdan 5 yaşa qədər uşaqlarda, bəzən də yeniyetmələrdə inkişaf edir. Oğlan uşaqları qızlara nisbətən həmin xəstəliyə iki dəfə çox tutulur. Xəstəliyin etiologiyası məlum olmasa da, onun infeksion xarakterdə olduğu güman edilir. Sindromun inkişafını bakteriya, virus və ətraf mühitin digər infeksion faktorları ilə əlaqələndirən nəzəriyyələr də var.
Xəstəlik bədən hərarətinin 40 dərəcəyə yüksəlməsi ilə başlayır. Temperatur vaxtaşırı 38,5 dərəcəyə qədər enir, lakin həmin göstəricidən aşağı düşmür. Xəstə uşaqlar yuxuya meyilli olurlar, bəzən də qarında əmələ gələn ağrılardan şikayətlənirlər. Dəridə, xüsusən də paltara sürtülən nahiyələrdə ocaqlı səpkilər əmələ gəlir. Bir-iki gün ərzində səpkilər selikli qişalara - ağız boşluğu və hətta uşaqlıq yoluna yayılır. Uşağın boğazı qızarır, dodaqları quruyur və çatlayır, dili moruğu-qırmızı rəng alır. Ovuclar və ayaqların altı qızarır, bəzən də ödemləşir, gözlərdə irinsiz konyunktivit əmələ gəlir. Xəstəliyin başlanğıcından 10-20 gün sonra əl və ayaqların dərisi soyulmağa başlayır. Çox vaxt boyun limfa düyünləri böyüyür və ağrılı olur".
O, xəstəliyin gedişi barədə də məlumat verib: "Tac damarları ilə yanaşı, başqa orqanizmdə bütün damarlarda vaskulitlər inkişaf edir. Kavasaki sindromunun ən qorxulu ağırlaşması koronar arteriyaların vaskulitidir. Kardial ağırlaşmalar uşaqlarda adətən xəstəliyin 2-4-cü həftəsində yaranır. Koronar arteriyalarda yaranan dilatasiya anevrizma və miokard infarktı ilə ağırlaşa bilər. Digər ağırlaşmalar arasında beynin yumşaq qişasının, oynaqların və öd kisəsinin iltihabı qeyd edilir. Onlar qalıq əlamətləri vermədən sağalır.
Koronar arteriyaların zədələnməsi yüngül olduqda xəstədə tam sağalma gedir. Kiçik anevrizmalar bir il ərzində izsiz itib gedir, bir az dərin zədələnmələr uzun illər sonra ürək patologiyalarına səbəb olur. Kavasaki sindromu ağır gedişinə və təhlükəli simptomlarına baxmayaraq müalicəyə tez tabe olur", - deyə həkim-kardioloq söhbətini yekunlaşdırıb.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 23 may 2020
f Paylaş

Oxşar xəbərlər

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər en son xeberler bu gun cəbhədən görüntüleri son xeberler bugun 2026 canli