Keçmiş arvadını öldürən şəxs: "Üç-dörd dəfə xəyanət edib, amma mən bağışlamışdım
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başlayıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Ramil Rəhmanov ifadə verib.
Dindirmələr zamanı məlum olub ki, Ramil Rəhmanovla Svetlana Məmmədovanın evliliyi hər ikisinin ikinci nikahı olub. Amma onlar qısa müddət sonra boşanıblar.
Ramil Rəhmanov məhkəmədə ifadəsində iddia edib ki, keçmiş həyat yoldaşını xəyanətə görə qətlə yetirib: "Bundan əvvəl də 3-4 dəfə elə hərəkətləri olub. Amma mən bağışlamışdım. Daha doğrusu, and içmişdi ki, elə deyil, mən də inanıb, onun üçün keçmişdim".
Ramil Rəhmanov hadisəni törədəndən sonra özü könüllü şəkildə polisə məlumat verərək təslim olub.
Xatırladaq ki, R.Rəhmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
İttihama görə həyat yoldaşının xəyanət etdiyini düşünən R.Rəhmanov boşanıb. Bir müddətdən sonra o keçmiş həyat yoldaşı Svetlana Məmmədovanın küçədə başqa avtomobilə əyləşdiyini görüb. Bir neçə saatdan sonra o, S.Məmmədovanı küçədə tutaraq boş sahəyə aparıb və orada onun boğazını kəsərək qətlə yetirib.
///Trend
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR