Keçmiş məhkumun kirayə qaldığı evdən qumbara və heroin tapıldı
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən azxeber.com-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər bir neçə dəfə məhkum olunmuş şəhər sakini Feruz Bayramov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan külli miqdarda heroin, yarım kiloqrama yaxın tiryək və 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, F.Bayramov narkotik vasitələri sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacirdən onlayn yolla alıb.
Faktla bağlı cinayət işi başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün F.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
![]()
![]()
![]()

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var