Keçmişdə qalan 15 peşə

Keçmişdə qalan 15 peşəKeçmişdə qalan 15 peşə
Bir zamanlar gündəlik həyatın bir hissəsi olan bəzi qəribə və qeyri-adi peşələrə texnologiyanın inkişafı nəticəsində  hazırda ehtiyac qalmayıb və onlar get-gedə sadəcə yoxa çıxıblar.
"Business Insider" keçmişdə qalan bu sənətləri təqdim edir:
Oyadan
Keçmişdə qalan 15 peşəBu peşə XIX əsrin əvvəllərində Böyük Britaniya və İrlandiyada məşhur idi. Oyadanlar uzun bambuk çubuqlar vasitəsi ilə pəncərələri döyərək işə gedənləri yuxudan oyadırdılar.  Zəngli saatların yayılması ilə bu peşə populyarlığını itirdi.
Pinspotter
Keçmişdə qalan 15 peşəMexaniki pinspotterlər 1936-cı ildə ixtira edilməmişdən əvvəl boulinqdə zərbədən sonra keqliləri əl ilə yığmaq və onları lazımi yerlərə quraşdırmaq üçün yeniyetmələri işə götürürdülər.
Zəli toplayan
Keçmişdə qalan 15 peşəBu peşə XVIII və XIX əsrlərdə Böyük Britaniya və Amerikada yayılmışdı. Xəstələri müalicə etmək üçün zəlilərin köməyi ilə bədəndən qan çıxarılırdı. Onları bataqlıq sularından tutmaq üçün zəli yığanlar qoca atları suya salırdılar. Sonra onlar heyvanın dərisinə yapışmış zəliləri qoparırdılar.
Meyit oğurlayanlar
Keçmişdə qalan 15 peşəMeyit oğurlayanlar təzə ölmüş insanların cəsədlərini qəbirlərdən çıxarıb anatomik tədqiqatlar üçün alimlərə satırdılar. Bu peşə Böyük Britaniyada xüsusilə XVIII və XIX əsrlərdə məşhur idi.
Nəhayət, Britaniya hökuməti həkimlərə yoxsullar üçün evlərin sakinləri öldükdən sonra onların  cəsədləri üzərində tədqiqatlar aparmağa icazə verdi.
Barıt daşıyan oğlan
Keçmişdə qalan 15 peşə12-14 yaşlı oğlanlar yelkənli donanmada hərbi gəmidə "barıt meymunları" (powder monkey) ola bilərdilər. Onların vəzifəsi toplar üçün cəld barıt gətirmək idi.
Hesablayıcı
Keçmişdə qalan 15 peşəKompüterlər yaranana qədər bu işçilər - adətən qadınlar - əl ilə hesablamalar aparırdılar. Onlar müxtəlif sahələrdə, o cümlədən NASA-nın Mühəndislik şöbəsində çalışırdılar. Lakin onlar 1970-ci illərdən başlayaraq kompüterlərlə əvəz edilməyə başlayıblar.
Frenoloq
Keçmişdə qalan 15 peşəFrenologiya XIX əsrdə, xüsusilə Edinburq (Şotlandiya) şəhərində yayılmışdı. Burada 1820-ci ildə Edinburq frenoloji Cəmiyyəti yaradılmışdı. Frenologiya yalançı elm elan olunana qədər, bir çoxları frenoloqlara müraciət edərək,  kəllə sümüyünün formasına əsasən intellekt və xasiyyəti müəyyən etməyə çalışırdılar.
Bacatəmizləyən
Keçmişdə qalan 15 peşəBu şəxslər bacada zamanla yığılmış hisi təmizləyirdilər.
Fabrikdə mühazirəçi
Keçmişdə qalan 15 peşəFabrikdə çalışan işçilər monoton işdən yayınmaq üçün az da olsa əylənməli idilər. Buna görə də mühazirəçi onlara ucadan xəbərləri və kitab oxuyurdu.
Buzkəsən
Keçmişdə qalan 15 peşəSoyuduculardan istifadə edilməzdən əvvəl buz göldən çıxarılırdı. Bunun üçün buzkəsənlərə müraciət olunurdu. XIX əsrdə 75 nəfərlik komandalar gün ərzində 1500 ton buz toplaya bilirdi. Lakin XX əsrin ortalarında soyuducu və dondurucu kameralar ev əşyalarına çevrilir və buzkəsənlərin  xidmətlərinə daha ehtiyac qalmır.
Südçü
Keçmişdə qalan 15 peşəSoyuducular adi ev əşyasına çevrilməmişdən qabaq, südü istehlakçılara müntəzəm olaraq çatdırmaq lazım idi. Südçülər Böyük Britaniya, Amerika və digər ölkələrdə XX əsrin əksər hissəsində çalışıblar.  Onlar demək olar ki, hər səhər gəlib südü evin qapısının yanında qoyub gedirdilər.
Dagerrotipçi
Keçmişdə qalan 15 peşəRəqəmsal şəkillər və ya hətta neqativlər yaranmamışdan əvvəl, ictimai şəklin ən erkən növü olan dagerrotiplər mövcud idi.  Belə şəkillər dagerrotipçilər tərəfindən hazırlanırdı. Lakin 1860-cı illərin sonunda daha ucuz və rahat texnologiyalar inkişaf etdiyi üçün dagerrotipçilər artıq dəbdən çıxdılar.
Siçovultutan
Keçmişdə qalan 15 peşəSiçovultutanlar xəstəliklərin daşıyıcıları olan gəmiriciləri tuturdular. Avropada taun və vəba epidemiyası baş qaldıran zaman cəmiyyətin sağlamlığı və ərzaq ehtiyatlarının təhlükəsizliyi üçün siçovultutanlara müraciət olunurdu.
Daşqıran
Keçmişdə qalan 15 peşəBu işçilər dağ-mədənlərində tikinti süxurlarının çıxaılmasında iştirak edirdilər. İş təhlükəli idi, ağır əl əməyi tələb edirdi və bəzən bəsbəxt hadisə səbəbindən xəsarət və ya ölümlə nəticələnirdi.
Nəcis kamergeri
Keçmişdə qalan 15 peşəNəcis kamergeri monarxı tualet ehtiyacları üçün olan bütün aksesuarları ilə təmin edərək, ona təbii təlabatılarını ödəməyə kömək edirdi. Bu peşəyə nə qədər qəribə olsa da, tələbat böyük idi. Kamerger krala yaxın şəxs kimi, faktiki olaraq, onun məsləhətçisi olurdu ki, bu da ona bir sıra imtiyazlar verirdi.

Maraqlı       Tarix: 24 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun şou biznes xəbərləri maşın realiti şou xeberler bugun 2026