Kəfəni açanda ölən uşaqlarının cəsədi yerinə gəlinciklər tapdı - VİDEO

Kəfəni açanda ölən uşaqlarının cəsədi yerinə gəlinciklər tapdı - VİDEOKəfəni açanda ölən uşaqlarının cəsədi yerinə gəlinciklər tapdı - VİDEO
Dağıstanda ölü doğulan uşaqlarını dəfn edən ata tabutda cəsədlər yerinə kəfənə bükülmüş gəlinciklər tapıb.
Bu barədə "BAZA" "Telegram" kanalı xəbər yayıb.
Davud Davudov "cəsədlərin" Stavropol şəhərində perinatal mərkəzdən verildiyini bildirib. Ona orada yeni doğulan övladlarının öldüyünü deyiblər. O da, uşaqları dəfn etmək üçün Dağıstana yollanıb.
"Uşaqlarım doğuldu. Onları dəfn etmək üçün Dağıstana gətirdim. Kəfəni açdım və baxın nə gördüm. Burada oyuncaqlar var. Əsl gəlinciklər. Deməli övladlarım sağdır?", - deyə kişi bununla bağlı sosial şəbəkədə yaydığı videoda bildirib.

Kişinin sözlərinə görə, Stavropolda  doğum evində onun arvadını bir sıra insanlar əhatəyə alıb. Qadına uşaqlarının öldüyünü dedikdən sonra, körpələri yuyacaqlarını və bütün ayinləri yerinə yetirəcəklərinə söz veriblər. Sonra isə kəfəndə veriblər, taksiyə mindirib, evə yollayıblar.
Regional DİN-in mətbuat xidməti insident faktını təsdiqləyib, lakin əlavə təfərrüat verməyib.
Stavropol rəhbəri Vladimir Vladimirov isə yayılan videonun saxta ola biləcəyini deyib. Onun sözlərinə görə, Dağıstan sakini uşaqlarının dəyişdirildiyi barədə polisə müraciət edib. Lakin 1 saylı perinatal mərkəzdə onların göstərdiyi adda adam olmayıb. Həmçinin iki ölüm barədə hadisə qeydə alınmayıb.
Sonradan məlum olub ki, Davudovun arvadı ümumiyyətlə hamilə olmayıb. Əri uşaq istədiyi üçün qadın tərk edilmək qorxusu ilə belə bir yalana əl atıb. Laura doqquz ay özünü hamilə kimi göstərə bilib, doğum vaxtı gəldikdə isə anevrizma barədə hekayə düşünüb. O, qohumlarına təhlükəli ola biləcəyi üçün uşaqların cəsədlərini açmamağı tapşırıb.
Müstəntiqlər hazırda Laura ilə söhbətlər aparırlar, bir müddət sonra isə o, psixiatrik ekspertizadan keçəcək. /oxu.az

Maraqlı       Tarix: 12 fevral 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri valyuta mezennesi ensonxeberler metbuat